Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:47

ABŞ Suriyanın şərqinə motoatıcı bölmələr yerləşdirmək istəyir


ABŞ-ın Abrams tankları, arxiv foto

ABŞ neft yataqlarını İŞİD döyüşçülərindən qorumaq üçün Suriyanın şərqində motoatıcı bölmələrini yerləşdirmək niyyətindədir. Bunu cümə günü Brüsseldə, NATO-nun mənzil qərargahında keçirdiyi mətbuat konfransına ABŞ-ın müdafiə naziri Mark Esper bəyan edib. O, detallar barədə hər hansı açıqlama verməyib, amma Amerika xəbər agentlikləri Pentaqondakı mənbəyə istinadla bildirirlər ki, söhbət yüzlərlə hərbşi və hətta tankların da daxil ola biləcəyi zirehli texnikadan gedir.

Donald Trump oktyabrın 6-də Suriyanın şimalında, Türkiyə ilə həmsərhəd ərazidəki min ABŞ əsgərinin çıxarılması ilə bağlı göstəriş verib. Oktyabrın 9-da isə Türkiyə həmin ərazilərdəki silahlı kürd birləşmələrinə qarşı hərbi əməliyyatalara başlayıb. İndi həmin əraziləri Türkiyə və Rusiya hərbçiləri birgə qoruyur.

Son günlər Trump öz bəyanatlarında Suriyadakı neft yataqlarının İŞİD-çilərdən qorunmasının vacibliyini vurğulayıb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG