Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Konqres komissiyası: ‘ABŞ Rusiya və Çinlə müharibədə məğlub ola bilər’


Hesabatda deyilir ki, "səhlənkarlıq" hissi ordunun döyüş qabilətini aşılandırır
Hesabatda deyilir ki, "səhlənkarlıq" hissi ordunun döyüş qabilətini aşılandırır

Konqresdə yaradılmış partiyalararası komissiyanın hazırladığı hesabatda deyilir ki, Birləşmiş Ştatların hərbiyyəsi “qüdrətini itirib” və Çinə və Rusiyaya qarşı potensial müharibədə məğlub ola bilər.

Milli Müdafiə Strategiyası Komissiyası noyabrın 14-də açıqlanmış hesabatında bildirir ki, ABŞ-ın hərbi üstünlüyü “təhlükəli həddə aşılanıb” və “növbəti münaqişədə qəbuledilməz miqyasda itkilər verə bilər”.

Hesabatda ABŞ silahlı qüvvələri barədə deyilir: “O Çinə və Rusiya ilə müharibədə qalib gəlməkdə çətinlik çəkə və bəlkə də məğlub ola bilər”.

Sənəddə deyilir ki, İran və Şimali Koreyanın öz qüdrətini artırması yeni təhlükələrin yaranmasına səbəb olur.

Bu komissiya Konqres tərəfindən 2017-ci ildə prezident Donald Trump administrasiyasının Milli Müdafiə Strategiyasının qiymətləndirilməsi üçün yaradılıb. Komissiyaya 12 keçmiş respublikaçı və demokrat vəzifəli daxildir.

Konqres hesabatlarında bir qayda olaraq ABŞ hərbiyyəsinin çətinlikləri və çatışmazlıqları barədə xəbərdarlıqlar verilir, lakin sonuncu hesabatın partiyalararası mahiyyət daşıması və qorxulu nəticələrə gəlməsi ciddi narahatlığa səbəb olub.

Adamlar ABŞ-ın məlubedilməzliyinə o qədər inanıblar ki...

Trump ABŞ hərbiyyəsinin genişmiqyaslı yeniləndirilməsinə sərəncam verib və onun təbirincə deyilərsə, Rusiya və Çinlə rəqabətə hesablanmış milyardlarla dollarlıq əlavə fondların ayrılmasını təklif edib.

Komissiya mövcud strategiyanın məqsədləri ilə razılaşır, lakin xəbərdarlıq edir ki, Vaşinqton bu strategiyanın reallaşdırılması üçün kifayət qədər investisiya yatırmır və lazımi çevikliklə hərəkət etmir.

Hesabatda İran və Şimali Koreyanın raket sistemlərini təkmilləşdirməsindən narahatlıq ifadə olunur. Fotoda: İranın Səyyad-2 raketinin buraxılışı
Hesabatda İran və Şimali Koreyanın raket sistemlərini təkmilləşdirməsindən narahatlıq ifadə olunur. Fotoda: İranın Səyyad-2 raketinin buraxılışı

Hesabatda deyilir ki, “Birləşmiş Ştatlar xüsusilə də iki və daha çox cəbhələrdə eyni vaxtda döyüşməyə məcbur olarsa, ram olmaq riski ilə üzləşə bilər”.

Hesabat xəbərdarlıq edir ki, ABŞ siyasəti “avtoritar rəqiblərdən, xüsusilə də Çin və Rusiyadan” geri qalır. Sənəddə deyilir ki, bu ölkələr olduqları regionlarda nüfuzlarını artırmağa və bu nüfuzu qlobal miqyasa qaldırmağa cəhd göstərirlər.

Hesabatda bu da qeyd olunur ki, “səhlənkarlıq” hissi ABŞ-ın bütün dünyadakı hegemon mövqeyinin saxlanması səylərini sarsıdır.

Komissiyanın üzvlərindən biri, Obama administrasiyasında Pentaqonun ən vəzifəli şəxslərindən biri olmuş Kathleen H. Hicks deyib: “Adamlar ABŞ-ın bütün dünyada, hərbiyyə də daxil, istədiyinə nail olmasına o qədər öyrəşiblər ki, qarşıdan gələn xəbərdarlıq siqnallarını görə bilmirlər. Biz bu hesabatda xəbərdarlıq siqnallarının qırmızı olmasına diqqət çəkmək istəmişik”.

Büdcə hər şeyi həll etmir

Komissiyanın gəldiyi nəticəyə görə illik büdcəsinin 716 milyard dollar olmasına, Rusiyanın hərbi büdcəsini 10, Çinin hərbi büdcəsini dörd dəfə geridə qoymasına baxmayaraq, müasir təhlükələr nəzərə alınmaqla, ABŞ-ın müdafiə sisteminin kifayət qədər təchiz edilmədiyini demək oalr.

Komissiyanın hesabatında 32 tövsiyə verilir və Pentaqondan dünyanın ən böyük gücünü necə müdafiə edəcəyini aydın şəkildə bəyan etməsi tələb olunur.

ABŞ-ın stels tipli F-35 qırıcıları
ABŞ-ın stels tipli F-35 qırıcıları

Spesifik tövsiyələrdə Dəniz qüvvələrində sualtı gəmi donanmasının və suüstü qüvvələrin Rusiya və Çinlə mübarizəyə qabil həddə genişləndirilməsi zərurətindən söhbət açılır.

Tövsiyələrdə deyilir ki, stels tipli uzaqmənzilli qırıcı və bombardmançıların artırılmasına ehtiyac var.

Bu da qeyd olunur ki, ordu zirehli texnikanın, uzaqmənzilli dəqiq raketlərin, havadan müdafiə sistemlərinin və logistika qüvvələrinin gücləndirilməsi ilə məşğul olmalıdır.

Hesabatda habelə Birləşmiş Ştatların gələcək münaqişələrə qismən meydan ola biləcək kiberfəzada daha rəqabətli olmasına çağırış edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG