Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:02

'Sağsağan' amerikalılara rus dilini öyrədir


Marianna Averi
Marianna Averi

«Köçmək əsl fəlakətdir. Başqa ölkəyə, başqa qitəyə köçməksə, ümumiyyətlə, yenidən doğulmaq deməkdir», – Marianna Averi deyir. O, keçmiş Çelyabinsk sakini, hazırda ABŞ vətəndaşıdır.

ABŞ vətəndaşına ərə gedən Marianna oğlu ilə birlikdə böyük, mehriban ailəyə daxil olub. Onu dərhal və sevə-sevə qarşılayıblar. Tərcüməçi olduğundan, iş tapmaqda çətinlik çəkməyib. O, sənədlərin tərcüməsi ilə məşğul olur, işgüzar görüşlərdə və məhkəmələrdə işləyirdi. Ancaq bu işlərin heç biri daimi deyildi. Bəzən hər gün iş olurdu, bəzənsə həftələrlə olmurdu. Fəal və enerjili Marianna daha çox işləməyə və özünü daha lazımlı mütəxəssis kimi təsdiqləməyə can atırdı. O, qətiyyən evdə oturub rahatlıqdan həzz almaq niyyətində deyildi.

«Biz bu kitabı çox gözləmişik»

Yeni amerikalı dostlarının və tanışlarının xahişi ilə Marianna uşaqlara rus dili öyrətməyə başlayır. Ancaq ona dili asan yolla tədris etməyə yardım göstərəcək, şagirdlərin rus dilinə marağını artıracaq dərslik tapmayanda çox təəccüblənir.

«Necə deyərlər, suda batanlar gərək özləri özlərini xilas etsinlər. Anladım ki, hər kəs bu problemlə üzləşir. Uşaqlar var, şagirdlər var, ancaq məşğul olmağa kitab yoxdur», – M.Averi deyir.

O, bir il ərzində, dərslərə hazırlaşan zaman mətnlər, çalışmalar yazır, tapşırıqlar tərtib edir, təsviri material seçməklə məşğul olur. Rəssam Irina Kravtsova ilə birlikdə rəsmlər, komikslər və qrafikanı düşünüb quraşdırırlar. Son nəticədə bütün bunlar dərsliyə çevrilir. Dərsliyin adını isə şagirdlər düşünüb tapır – «Soroka - uşaqlar üçün rus dili». «Soroka» rusca «sağsağan» deməkdir.

Marianna-nın sözlərinə görə, qalan işlər asan olub: «Xidmət əladır, nə qədər lazımdırsa, o qədər çap edirlər. Bir nüsxə lazım olanda birini çap edirlər, 50-si gərəkəndə 50-sini. Mən əlimdə qutularla ora-bura qaçmalı olmuram. Bu, bir tərəfdən biznesdir, digər tərəfdən mən şirkət açmalı olmuram. Sadəcə, vergi ödəyirəm».

«Soroka» - uşaqlar üçün rus dili
«Soroka» - uşaqlar üçün rus dili

Sosial şəbəkələrin sayəsində «Soroka» qısa zamanda tanınıb. İndi bu, dünyanın bütün ölkələrində ən populyar rus dili dərsliyidir: «Bütün dünyadan rəylər alıram. Yaponiyadan tutmuş Braziliyaya qədər hər yerdən. Hamı da deyir ki, biz bu kitabı çox gözləmişik. Şəkillər adamların çox xoşuna gəlir. Ağır olmadığına görə bəyənirlər. Yanaşmanı da çox bəyənirlər».

Dili həzz alaraq öyrənmək

Marianna deyir ki, onun dərsliklərinin ən əsas prinsipi budur: dili həzz alaraq öyrənmək lazımdır. Kitablarda söhbət mövzuları komikslər şəklində təqdim olunub. Hamı dili oyun vasitəsilə tədris etmək arzusundadır. Marianna bunu bacarıb.

Artıq müxtəlif səviyyələr üçün dörd dərslik var. İlə bir dərslik düşür. Bundan başqa, proqramçılarla birlikdə dərsliyin kompüter və telefon əlavələrini hazırlamaq ideyası da var.

Marianna həm uşaqlar, həm də böyüklər arasında dilə sevgi aşılamağı öz missiyası hesab edir. Onun bu yolda dayanmaq fikri yoxdur. İndi o, Yeni Orlean ətrafındakı Müqəddəs Vasili pravoslav kilsəsində pulsuz dərslər keçir. «Özü də ilk məşğələyə birdən-birə 9 nəfər gələndə çox təəccübləndim», – o deyir.

İnsanların rus dilini öyrənməyə fərqli səbəbləri var. Kimsə duaların rus dilində necə düzgün səsləndiyini öyrənmək istəyir. Marianna-nın öz əri, sadəcə, öz sevimli həyat yoldaşının ana dilini anlamaq istəyir. Əcdadları rus olan, ancaq özü bu dili bilməyən, öyrənmək istəyən insanlar var. Bu sinifdə Çelyabinskdən olan qadın hamını birləşdirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG