Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:58

Florida məktəbində baş vermiş atışmada 17 nəfər öldürülüb (VİDEO)


Marjory Stoneman Douglas ali məktəbinin tələbələri evakuasiya edilir
Marjory Stoneman Douglas ali məktəbinin tələbələri evakuasiya edilir

ABŞ hakimiyyət orqanları bildirib ki, Florida ştatında 19 yaşlı keşmiş tələbə qovulduğu ali məktəbdə azı 17 tələbə və başqa adamları güllələyərək öldürüb.

Vaxtilə bu məktəbdə təhsil almış və qeyri-müəyyən “intizam səbəbləri” ilə bu məktəbdən xaric edilmiş Nikolas Cruz heç bir müqavimət göstərmədən polisə təslim olub.

Florida məktəbində atışma
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Bu barədə məlumatı Brodvard rayonunun şerifi Scott Israel verib.

Şerif qısa brifinqdə deyib ki, Cruz-un üstündə azı bir AR-15 tipli tüfəng və çox sayda güllə darağı olub.

Bu hadisə Florida ştatında, Mayaminin 72 kilometrliyindəki Parklend şəhərinin məktəbində dərs gününün sonunda baş verib.

Israel deyib ki, ölənlərin arasında həm tələbələr, həm də başqa adamlar var. Meyitlərin çoxu məktəb binasının içərisində aşkar edilib.

Silahlara nəzarət kampaniya qrupu “Everytown for Gun Safety” bildirir ki, Parklendə törədilmiş faciə 2018-ci ilin əvvəlindən bəri ABŞ-da baş vermiş 18-ci məktəb atışması idi.

***

ABŞ və Florida ştatının yerli hakimiyyət orqanları bildirirlər ki, fevralın 14-də Parklanddakı ali məktəbdə baş vermiş atışmanın nəticəsində “çoxsaylı tələfat” və onlarca yaralanma baş verib.

Brovard rayonu şerifinin ofisi xəbər verir ki, atışmanın şübhəlisi polis tərəfindən saxlanıb.

Hadisənin bir nəfər tərəfindən törədildiyi düşünülür.

Florida ştatından demokrat senator Bill Nelson NBC News kanalına deyib ki, insidentdə “bir neçə tələfat” baş verib.

Hələlik “tələfatın” dəqiq sayı verilmir.

***

Bundan əvvəl yayılan məlumatlarda ABŞ-ın Florida ştatındakı Parkland şəhərinin ali məktəbində baş vermiş atışmada bir nəfərin öldüyü və azı 20 nəfərin yaralandığı xəbər verilirdi.

Yerli yanğınsöndürmə və xilasetmə xidmətləri atışmanı “kütləvi qurbanları olan insident” elan edib.

Yerli şerifin sözçüsü deyib ki, Mayaminin 72 kilometrliyində yerləşən Parklanddakı Marjory Stoneman Douglas ali məktəbinin ərazisi tamamilə bağlanıb.

Hakimiyyət orqanları bildiriblər ki, atəş açan hələ də azadlıqdadır və insident başa çatmayıb. Yerli telekanalda göstərilmiş videoda polisin bir nəfəri qolları qandallı apardığı görünür.

Başqa videoda isə tələbələrin bir sırada yataqxana binalarını tərk etdiyi görüntülənib.

Prezident Trump yazdığı tvitdə zərər çəkənlərlə “birgə olduğunu” bəyan edib.

Qeyri-mənfəət Everytown təşkilatının məlumatına görə bu ilin əvvəlindən Birləşmiş Ştatlarda 17 məktəb atışması olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG