Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:04

ABŞ İraqdakı daha bir qruplaşmanı terror təşkilatı elan etdi


Asaib Ahl al-Haq-nin lideri Qais al-Khazali, Iraq 24 noyabr 2018

Vaşinqton Irana yaxınlığı ilə seşilən İraqdakı Asaib Ahl Al-Haqı xarici terror təşkilatı (FTO) elan edib.

ABŞ Dövlət Departamentinin yanvarın 3-də verdiyi açıqlamada bu qrupun iki rəhbərinə də sanksiya verildiyi bildirilib.

Dövlət katibi Mike Pompeo bu təşkilatın üzvlərini və rəhbərlərini "İran İslam Respublikasının zorakı təmsilçiləri" adlandırıb.

Dövlət Departamenti hesab edir ki, özünü Ədalət Birliyi adlandıran Asaib Ahl Al-Haqı ABŞ-ın terror təşkilatı hesab etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) Quds Qüvvələri tərəfindən dəstəklənir.

Dövlət Departamenti bildirir ki, Asaib Ahl Al-Haq lideri Qais al-Khazalii və qrupun digər lideri, onun qardaşı Laith al-Khazalini də qlobal terrorçu olaraq tanıyır.

Məlumatda qeyd olunur ki, ABŞ bundan sonra sözü gedən qrupa və onun iki liderə məxsus aktivləri donduracaq, ümumiyyətlə amerikalıların onlarla işləmələrini qadağan edəcək və bu qrupa dəstək cinayət hesab ediləcək.

İranlı general Qasem Soleimani, yanvarən 3-ü səhər saatlarında Bağdadın beynəlxalq hava limanında raket zərbəsi ilə öldürülüb.

XS
SM
MD
LG