Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

ABŞ və Azərbaycanın iqtisadi münasibəti necədir?


Bu gün, sentyabrın 8-də iqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə görüşüb.
Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib.
“ ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb”, nazirliyin açıqlamasında yazılıb.

Müzakirələrdə qeyd edilib ki, hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və s. sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir.
“ 2018-ci ilin yanvar-iyun aylarında ölkələrmiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil eib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 mlrd. dollardan çox investisiya qoyulub. Bunun da 1 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yönəldilib”, məlumatda bildirilir.

Məlumata görə, müzakirələrdə habelə vurğulanıb ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda bir sıra layihələrin icrasına 350 mln. dollar vəsait ayırıb.

Xatırlatma

ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiters “Azərbaycan Rəqabətlilik Forumu 2018"də iştirak etmək məqsədi ilə Bakıya gəlib. Fporum dünən, sentyabrın 7-də keçirilib.

Tədbir ABŞ-ın Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə gerçəkləşib.

XS
SM
MD
LG