Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:29

ABŞ hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağrılıb


Rusiya Müdafiə Nazirliyi
Rusiya Müdafiə Nazirliyi

Moskva Amerikanın RC-135 kəşfiyyat təyyarəsinin Yapon dənizi üzərində casusluq uçuşu edərkən Rusiya havadan müdafiə radarlarına düşdüyünü bildirir

Moskvadakı ABŞ səfirliyinin müdafiə məsələləri üzrə attaşesi Rusiya Müdafiə Nazirliyinə çağrılıb.

Rusiya tərəfinin məlumatına görə buna səbəb Amerikanın RC-135 kəşfiyyat təyyarəsinin Yapon dənizi üzərində casusluq uçuşu edərkən Rusiya havadan müdafiə radarlarına düşməsi olub.

Rusiya Müdafiə Nazirliyi təyyarənin Rusiyanın sərhədləri yaxınlığında uçduğunu və bu zaman transponderlərini söndürdüyünü bəyan edib.

Moskva bunu da vurğulayır ki, Amerika təyyarəsinin uçuşu barədə əvvəlcədən aviasiya dispetçerlərinə məlumat verilməyib və kəşfiyyat təyyarəsi mülki aviasiya laynerləri üçün ayrılmış hava dəhlizində uçub.

Rusiyanın Müdafiə Nazirliyi ABŞ pilotlarının hərəkətini “qeyri-peşəkar” adlandırıb və onları sərnişin təyyarələrinə təhlükə yaratamaqda ittiham edib.

İnsidentlər çoxalıb

Moskva bildirib ki, Rusiya aviadispetçerləri ABŞ təyyarəsinin “təhlükəli uçuşuna” görə KLM hava şirkətinin Yaponiyadan Hollandiyaya uçan Boeing-777 təyyarəsinin səmtini dəyişməli olublar.

Rusiya hərbiyyəsi RC-135 tipli təyyarənin radara düşdüyünü iddia edir (Arxiv)
Rusiya hərbiyyəsi RC-135 tipli təyyarənin radara düşdüyünü iddia edir (Arxiv)

Rusiya hərbiyyəsinin məlumatına görə həmin dəhlizdə Yaponiyadan İsveçrəyə uçan Swiss Airlines şirkətinə məxsus təyyarənin pilotları yaxınlıqda uçan nəhəng dördmotorlu təyyarəni müşahidə ediblər. Sözü gedən təyyarə pilotun çağırışlarına cavab verməyib. Bu təyyarənin də hündürlük eşelonunu dəyişmək lazım gəlib.

Birləşmiş Ştatlar attaşenin nazirliyə çağrılmasına dair heç bir şərh verməyib.

Son zamanlar hər iki ölkənin hərbi hava texnikası ilə bağlı bir neçə indsident barədə məlumatlar verilib.

Aprelin əvvəllərində mətbuat Amerika hərbiyyəsinə istinadən Rusiyanın Su-24 hərbi təyyarələrinin ABŞ-ın Donald Cook minadaşıyan gəmisi üzərində, təhlükəli məsafədə bir neçə dəfə qıy vurduğu barədə xəbər vermişdi.

Ötən ayın sonlarında Pentaqon Rusiyanın Su-27 qırıcısının Baltik dənizi üzərində ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinin təhlükəli yaxınlığında uçduğunu bildirmişdi.

Amerikalılar bu hadisəni “qeyri-peşəkar və təhlükəli əməliyyat” adlandırmışdılar.

Elə həmin insidentdən sonra Rusiya hərbçiləri ABŞ təyyarəsinin söndürülümüş transponderlərlə uçmasına etiraz bildirmişdilər.

XS
SM
MD
LG