Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:14

ABŞ qoşunları Əfqanıstandan çıxarılmayacaq


Prezident Barack Obama Əfqanıstandakı ABŞ qoşunlarının 2016-cı ildən sonra da bu ölkədə saxlanması qərarını təsdiqləyib.

Prezident Barack Obama Əfqanıstandakı ABŞ qoşunlarının 2016-cı ildən sonra da bu ölkədə saxlanması qərarını təsdiqləyib.

Ağ Evdə çıxış edən prezident bildirib ki, o, 2017-ci ildə vəzifəsini tərk edəndə, ABŞ-ın Əfqanıstanda 5 min 500 hərbçisi saxlanacaq.

Obama: Bir ali baş komandan kimi mən yol verə bilmərəm ki, terrorçular ölkəmizə bir daha basqın etmək üçün Əfqanıstandan istehkam kimi istifadə etsinlər

Bundan əvvəlki qərara görə yalnız səfirlikdə yerləşəcək kiçik bir hərbi kontingentin saxlanması nəzərdə tutulmuşdu.

ABŞ hərbiyyəsi bu fikirdədir ki, Əfqanıstanda Taliban təhlükəsinin artması əfqan qüvvələrinə bundan sonra da dəstək verilməsini tələb edir.

Hazırda Əfqanıstanda ABŞ-ın 9 min 800 nəfərlik əsgəri qüvvəsi var.

Bu da xəbər verilir ki, ABŞ qüvvələri Kabul, Baqram, Cəlalabad və Qəndahar şəhərləri baza olmaqla dörd məntəqədə yerləşdiriləcək.

Prezident Obama etiraf edib ki, hazırda Əfqanıstanın hökumət qüvvələri arzu edilən qüdrətdə deyil.

O deyib ki, ötən dekabrda NATO-nun döyüş əməliyyatlarının dayandırılması çox sayda əfqan əsgəri və mülkisinin öldürülməsi ilə nəticələnib.

“Bir ali baş komandan kimi…”

“Bir ali baş komandan kimi mən yol verə bilmərəm ki, terrorçular ölkəmizə bir daha basqın etmək üçün Əfqanıstandan istehkam kimi istifadə etsinlər” – deyib Obama.

Obama: Bir ali baş komandan kimi mən yol verə bilmərəm ki, terrorçular ölkəmizə bir daha basqın etmək üçün Əfqanıstandan istehkam kimi istifadə etsinlər

O Talibana xəbərdarlıq edib ki, ABŞ qoşunlarının Əfqanıstanı tam tərk etməsi üçün onların əfqan hökuməti ilə davamlı razılaşmaya gəlmələri əsas şərtdir.

Son zamanlar Taliban qüvvələrinin ciddi gücləndiyi və hücum əməliyyatlarını artırdığı müşahidə edilirdi.

Təhlilçilər deyirlər ki, şimaldakı Kunduz şəhərinin Taliban tərəfindən qısa müddətə olsa da zəbt edilməsi, Vaşinqtonun bu ölkə barədə qəti qərara gəlməsinə təkan verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG