Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:16

AMEA üzvlərinin maaşları artırıldı


Azərbaycan prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin maaşını artırıb.

Bununla bağlı dövlət başçısı bu gün, oktyabrın 17-də sərəncam verib. Sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsini daha da gücləndirmək niyyəti ilə izah edilib.

Sənəddə vurğulanır ki, noyabrın 1-dən AMEA-in həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 , müxbir üzvlərinin aylıq rütbə maaşları isə 1200 manat müəyyən edilsin.

AMEA üzvlərinin maaşlarında bundan əvvəl kəskin artım 7 il əvvəl olmuşdu. Onda AMEA-in həqiqi üzvlərinin maaşı 1200, müxbir üzvlərinki isə 850 manata qaldırılmışdı.

Bu ilin əvvəlində də prezident ölkədə bir sıra sahələrdə olduğu kimi AMEA-da çalışanların da maaşlarını 10 faiz artırmışdı. Bununla da, AMEA prezidentinin aylıq vəzifə maaşı 1837 , 1-ci vitse-prezidentinin 1276, vitse-prezidentinin 1177, Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri və Gəncə bölməsinin akademik katibinin isə 880manat olmuşdu.

XS
SM
MD
LG