Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 00:47

'Amazon' İrana məhsul satıbmış


Barack Obama «Amazon» şirkətinin yığıb bağlama stansiyasında. 2013

Amazon.com-la bağlı federal təhqiqat aparılır. Şirkətin ABŞ-ın İrana qarşı sanksiyalarını mümkün pozuntusuna yol verməsi araşdırılır. Bu haqda internet nəhəngi bu günlərdə ABŞ-da Qiymətli Kağızlar və Fond Bazarı Komissiyasına müraciətində bildirib. Məlumatı «The Washington Post» qəzeti yayıb.

Şirkət 2012-ci ilin yanvarından 2017-ci ilin iyununadək İran səfirliyinə və İran hökumətinə bağlı digər subyektlərə 34 min dollarlıq mal satdığını və çatdırdığını bildirir. Bu məhsullara kitab, proqramlar, elektron mallar, musiqi alətləri və zinət əşyası daxildir.

ŞİRKƏT KÖNÜLLÜ HESABAT VERİB

Şirkətin məlumatına görə, ABŞ hökumətinin terrorçuluqla mübarizə siyahısında adı olan bir şəxsə 300 dollarlıq mal satıb.

«Həmin sövdələşmələrdən əldə olunmuş təmiz gəliri hesablaya bilmirik. Gələcəkdə bu hesablara satışı davam etdirməyi planlaşdırmırıq», – «Amazon» ərizəsində yazıb.

Şirkət sövdələşmələr barədə təhqiqatı aparan ABŞ Xəzinədarlığı və Ticarət Departamentlərinə könüllü hesabat verdiyini, təhqiqatın cərimə qoyulmasıyla sonuclana biləcəyini qeyd edib.

Qəzet şirkətdən birbaşa açıqlama ala bilməyib.

Prezident Barack Obama-nın 2012-ci ildə imzaladığı İran Təhlükəsinin Azaldılması və Suriya İnsan Haqları Aktının məqsədi İranın nüvə silahları proqramından əl çəkməsi idi. Həmin akt çərçivəsində İranla bilərək biznes quran şirkətlər bu fəaliyyətlərini hökumətə açıqlamalıdırlar.

Bu ay Xəzinədarlıq «Exxon Mobil» şirkətini ABŞ-ın Rusiyaya sanksiyalarını pozmasına görə 2 milyon dollar cərimələyib. «Exxon» cəriməyə qarşı iddia qaldıracağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG