Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

ABŞ-dan sığınacaq istəyən rusiyalı buryatın vəfat etdiyi xəbər verilir


Rusiyanın Vaşinqtondakı səfirliyi
Rusiyanın Vaşinqtondakı səfirliyi

Rusiyanın Birləşmiş Ştatlardakı səfirliyi bildirib ki, Rusiya vətəndaşının Vaşinqtondakı miqrasiya həbsxanasında vəfat etməsinin təfərrüatlarını öyrənir.

Səfirliyin Facebook səhifəsində noyabrın 29-da dərc olunmuş bəyanatdan üç gün əvvəl ABŞ-ın Mühacirət və Gömrük Xidməti bildirmişdi ki, 40 yaşlı Mergensana Amar süni tənəffüs aparatından noyabrın 24-də çıxarılıb.

Xidmət bunu da bildirmişdi ki, Birləşmiş Ştatlara ötən dekabrda daxil olaraq sığınacaq istəmiş Amar noyabrın 15-də intihar cəhdindən sonra Takomadakı tibb mərkəzinə çatdırılıb.

İlkin müayinə ölümün boğulma nəticəsində yaranmış anoksik beyin zədəsi səbəbindən baş verdiyini göstərib.

Agentlik bunu da bildirir ki, Amar Birləşmiş Ştatlara dəniz limanlarından birindən daxil olmuşdu və ABŞ-a daxil olmaq və burada qalmaq üçün lazımi sənədləri yox idi.

O bu ay deportasiya olunmalıydı.

Amarın saxlandığı məntəqəni monitorinq edən insan haqları fəalları bildirirlər ki, o saxlanma şəraitinə etiraz olaraq son üç ayda aclıq aksiyası keçirmişdi və Rusiyaya deportasiya olunmalı idi.

Bu fəallartdan biri - Maru Mora Villalpando deyib ki, Rusiya vətəndaşı və etnik buryat olan Amarı zorla yedizdirməklə hədələmişdilər.

Villalpando bunu da bildirib ki, Amar Rusiyaya qaytarılmaqdan qorxurdu, çünki orada Buryatiyanın müstəqillyini müdafiə etdiyinə görə təqib ediləcəyindən narahat idi.

ABŞ rəsmiləri bildirirlər ki, Amar sentyabrın 19-dan təzə meyvə, fizioloji məhlul və maye qida əvəzedicilərini qəbul edirdi. Bu da qeyd olunur ki, o “aclıq aksiyası statusundan” çıxarılmaq üçün oktyabrın 16-dək lazımi həcmdə kalori qəbul etmişdi.

Buna baxmayaraq Amar yenidən aclıq aksiyasına başlayacağını bildirmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG