Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 08:39

Xədicə İsmayıla Dünya Mətbuat Azadlığı Mükafatı təqdim olunur


AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova UNESCO-nun 2016-cı il Guillermo Cano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.

Təqdimat mərasimi 3 may Dünya Mətbuat Azadlığı Gününə təsadüf edir.

CNN-nin müxbiri və UNESCO-nun yenicə xoşməramlı səfiri təyin edilən Christiane Amanpour Dünya Mətbuat azadlığı günü münasibətilə mayın 3-də keçirdiyi mətbuat konfransda deyib ki, hazırda həbsdə olan jurnalist bu mükafata ölkəsi barədə cəsarətli araşdırma və yazılarına görə layiq görülüb:” Xədicə bu gün həbsdədir. O UNESCO-nun Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb. Hamımızın bildiyi kimi o, araşdırmaçı jurnalistdir. Azad Avropa-AzadlıqRadiosunun əməkdaşı olub. O, ölkəsindəki korrupsiya və hakim ailə barədə çox cəsarətli yazıları ilə tanınır”, deyə o bildirib.

Amanpour deyib ki, jurnalistika cinayət deyil və əslində vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına gömək edir.

Xədicə İsmayıl həbsdə olduğundan mükafat onun anası Elmira İsmayılovaya təqdim olunacaq.

Qeyd edək ki, Xədicə İsmayıl ötən ay UNESCO-nun Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.

Mükafatın məbləği 25 min dollardır.

Bu mükafat kolumbiyalı jurnalist Guillermo Cano Isaza-nın şərəfinə təsis olunub.

Jurnalist 1986-cı il dekabrın 17-də Boqotada, “El Espectador” qəzetinin ofisinin qarşısında qətlə yetirilib.

Xədicə İsmayılova iqtisadi ittihamlarla 7 il yarım həbs cəzasına məhkum edilib.

Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyətilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı vicdan məhbusu elan edib.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi və ya vicdan məhbusu omadığını deyir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG