Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:31

Alpinist əşyaları və meyitlər aşkarlanıb


Ötən ilin dekabrında Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvlərinin axtarışları ilə bağlı Əməliyyat Qərargahı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün, mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib.

Ərazidən 2 kişi, 1 qadın meyitinin və alpinistlərə aid əşyaların aşkar edildiyi bildirilir.

Xatırlatma

«Gilavar» hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi ötən il dekabrın 27-dən alpinistlərin axtarışına başlamışdı.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılmışdı.

XS
SM
MD
LG