Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Ekspertiza: Alpinistlər soyuqdan ölüblər


“Gilavar" - hava və ekstrim idman klubunun ötən ilin dekabrında Quba rayonunda uçquna düşüb həlak olduqları bildirilən alpinistlərinin meyitlərində ekspertiza zamanı xəsarət izi aşkar edilmədiyi deyilir.

“Trend” agentliyinin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertiza rəyində bildirilir.

Məlumata görə, alpinistlərin ölümünə onların bədənində ümumi hərarətin enməsi və soyuması səbəb olub:

“Onlar qar uçqununun altında qalaraq soyuqdan ölüblər. Qar kütləsi enərkən onlar aşağıda olduqları üçün xəsarət almayıblar. Başqa sözlə, uçqun bunları hündürdən yerə çırpmayıb, digər tərəfdən də çadırın içərisində olublar. Ona görə də xəsarət almayıblar”, məlumatda bildirilir.

Xatırlatma

“Gilavar” hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi ötən il dekabrın 27-dən alpinistlərin axtarışına başlamışdı.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılmışdı.

Alpinistlərə məxsus olduğu deyilən meyitlər bu ilin mayında tapılmışdı.

XS
SM
MD
LG