Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 04:16

Süni intellekt şahmatı 4 saata öyrənib dünya birincisi oldu


İllüstrasiya
İllüstrasiya

Şahmat asan oyun deyil. İnsan üçün...

Bəs kompüter üçün?

Google şirkətinə məxsus DeepMind AI laboratoriyasında yaradılan AlphaZero süni intellekti - neyro-şəbəkəsi "fövqəlinsani" özəlliklərə malikdir.

Riyazi model olan AlphaZero cəmi 4 saata müstəqil şəkildə şahmat oynamağı öytənib və dünyada şahmatı hamıdan yaxşı oynayan Stockfish proqraqmını məğlub edə bilib.

Başqa sözlə süni intellekt cəmi bir neçə saat ərzində şahmat tarixinin bütün uğurlu təcrübələrini üstələyərək məğlubedilməz qüvvəyə çevrilib.

Bu müddət ərzində insan olsa-olsa Nyu-Yorkdan Vaşinqtona gedə bilər...

AlphaZero və Stockfish arasında 100 matç keçirilib.

AlphaZero ağ fiqurlarla oynadığı oyunların 25-də qalib gəlib. Daha 3 oyunu qara fiqurlarla aparıb.

Qalan oyunlar heç-heçə bitib.

"Bu, əlbəttə ki, şahmat oyununda inqilabi sıçrayış olacaq. Bəs bu alqoritm şahmat oyunundan kənarda necə tətbiq oluna bilər? Onunla şəhərləri, qitələri, kainatı idarə etmək olar" - deyir Chessable saytının rəhbəri bildirir.

DeepMind AI laboratoriyasının neyro-şəbəkələri qarşılaşdıqları dünya çempionlarını "uşaq kimi" məğlub edir.

İnsan süni intellekt qarşısında acizliyini çoxdan hiss edib.

Şahmat üzrə dünya çempionu Harri Kasparov İBM-in superkompüterinə hələ 1997-ci ildə məğlub olmuşdu.

Kasparov və Deep Blue kompüteri arasında matç, 1997
Kasparov və Deep Blue kompüteri arasında matç, 1997

Buna da bax: Elon Musk-ın 'inqilabi' adlandırdığı maşın gəldi

Bu ilin oktyabrında isə neyro-şəbəkənin yeni avtonom versiyası öz gücünə "şahmat ustası"na çevrilib.

Müqayisə üçün deyək ki, əvvəlki variantlardan biri - AlphaGo Zero Çinin "Qo" stolüstü oyununu insanların oynamağına baxmaqla öyrənmişdi.

AlphaZero-ya isə qaydalar haqda məlumat bəs edib ki, insanlarla yox, özündən əvvəlki variantlarla oynaya-oynaya şahmat "ass"ına çevrilsin.

"Bu ona bənzəyir ki, hansısa yad planetdəki sivilizasiya birdən-birə riyaziyyat elmini kəşf edir" - Massaçusets Texnoloji İnstitutunun alimi Nick Hynes deyir.

Bu sahədə sürətli dəyişikliklər baş verməkdədir.

Süni intellektin oktyabrda təqdim edilən variantı artıq tarixə çevrilib.

AlphaZero-nun son variantı təkcə şahmat oynamır, Şoqi (yapon şahmatı) və Qo oynamağı da bacarır. Bu oyunları da bir neçə saata öyrənib.

Hələ ki Goggle mütəxəssisləri bu yeni araşdırmalarını şərh etmirlər. Amma artıq demək olar ki, bu alqoritmlərin süni intellektin inkişafına təsirinin davamlı olacağı şübhəsizdir.

Qrossmeyster Heine Nielse deyir:

"Mən həmişə düşünmüşəm ki, bir gün Yer kürəsinə fövqəlvarlıqlar ensəydi, onların şahmatı necə oynadıqlarını izləmək maraqlı olardı".

Buna da bax: Elektriklə çalışan sərnişin təyyarələri gəlir

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG