Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:49

Almaniyanın Şimal Axını 2-yə görə ABŞ-a ‘rüşvət’ təklif etdiyi iddia olunur


Almaniyanın maliyyə naziri Olaf Şolts

Ətraf mühitin və istehlakçıların müdafiəsi qrupu iddia edir ki, Almaniya hökuməti Rusiyanın Şimal Axını 2 layihəsinə ABŞ sanksiyalarının qarşısını almaq məqsədilə prezident Donald Trampın administrasiyasına 1 milyard avroyadək maliyyə dəstəyi təklif edib.

Almaniya Ətraf Mühit Hərəkətinin (DUH) fevralın 9-da dərc etdiyi sənəddə bildirilir ki, Almaniyanın maliyyə naziri Olaf Şolts ovaxtkı ABŞ maliyyə naziri Stiven Mnuçinə şəxsi məktubunda ABŞ maye qazının idxalı üçün pul vəsaiti təklif edib.

Məktub 2020-ci il, avqustun 7-də imzalanıb.

DUH-un baş icraçı direktoru Saşa Müller-Kranner bunu “qalmaqal” və “üçüncü tərəfə çirkli təklif” adlandırıb.

Sənəddəki məlumatlara görə Almaniya hökuməti ölkənin şimal sahilindəki Vilhelmşaven və Brunsbuttel maye qaz terminallarına investisiya yatırmağı təklif edirdi.

Əvəzində Vaşinqtondan Şimal Axını 2 kəmərinin tikintisi və istismarına əngəl törətməmək rica olunurdu.

Bayden də bu kəmərin əleyhinədir

Almaniyanın Maliyyə Nazirliyi xəbərlə bağlı əvvəlcə heç bir şərh verməsə də, sonradan bu barədə bəyanatın hazırlandığını deyib.

Tikintisi az qala başa çatmaqda olan Şimal Axını 2 kəməri ildə 100 milyard kubmetr Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməlidir.

Hazırda kəmərin tikintisi ABŞ-ın sanksiya hədələrinə görə dayanıb.

Birləşmiş Ştatlar və bəzi Avropa ölkələri sözü gedən kəmərin Avropanın Rusiyadan qaz asılılığını artıracağını deyir və tikintinin əleyhinə çıxış edirlər.

Şimal-Axını 2 kəmərinin Danimarka və Almaniya sularından keçən 150 kilometrlik hissəsi tikilməmiş qalır.

Yeni prezident Co Bayden də Şimal Axını 2 layihəsini “Avropa üçün ziyanlı sövdələşmə” adlandırıb.

Şərhlər

XS
SM
MD
LG