Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:11

Almaniyadan Rusiyaya qaçan ailənin Sibir sərgüzəştləri


Eugen Martens-in ailəsi Sibirdə

“Onlar mənə burda hər şeyin pis olduğunu danışırlar”

1990-cı illərin əvvəllərində Rusiyanın Omsk vilayətində yaşayan Eugen Martens daha yaxşı gələcək üçün Sibiri tərk edərək Almaniyaya gedib.

İndi 42 yaşlı Eugen və arvadı 10 uşağı ilə Rusiyaya geri qayıdıb. O bu addımını Almaniyada cinsi sərbəstlik və qaçqın axını ilə izah edir. Eugen AzadlıqRadiosunun rus xidmətinə müsahibəsundə deyir ki, onun qızı Melita seks dərslərinə qatılmaq istəməyib, “çünki o, xristiandır, buna görə də buraxdığı dərslərə cərimə ödəyiblər… Burda bir yaşında uşaqlar da seksual obyekt kimi görünürlər”.

“Burda uşaq seksuallığından danışdılar”

Eugen deyir: “Onlar ata-anaları toplayaraq, bizim uşaq bağçamızda birgə informasiya gecəsi keçirdilər. Burda uşaq seksuallığından danışdılar. Ayrıca bir oyun düzəltdilər, sanki həkimsən və uşaqlar burda bir-birinə toxuna bilər. Onlar qızları qızlara, oğlanları oğlanlara toxunmağa həvəsləndirir və bunu onunla izah edirdilər ki, uşaq öz seksual şəxsiyyətini tanımaq hüququna sahibdir”.

Eugen söyləyir ki, yaşadığı şəhərdə 20 gənc qaçqının yaşaması üçün bina tikiblər:

“Onlar işləyə bilmirlər. Onda bu gənc oğlanlar nə edirlər? Biz öz uşaqlarımızı küçələrə necə buraxaq?”.

Eugen öz xanımı, Omskdan olan Louisa ilə Almaniyada tanış olub, orda da evlənib.

Almaniyada valideyn təşkilatlarında və seksual dərslər əleyhinə nümayişlərdə fəal iştirak etsələr də, Martens ailəsi Rusiya hökumətinin Sovet İttifaqı dağılandan sonra ölkəni tərk etmiş rusiyalıların vətənə qayıtması üçün ötən il başlatdığı yardım proqramından yararlanmaq qərarına gəlib.

Martens ailəsinin Sibirdəki evi belə qızdırılır
Martens ailəsinin Sibirdəki evi belə qızdırılır

Rus sobasının istisi, öləzi lampa işığı…

İnd onlar Novosibirskin 540 km-də yerləşən, qışda 30 dərəcə şaxtaya alışmış bir Sibir kəndində məskunlaşıblar. Dördotaqlı evi ənənəvi rus sobası qızdırır və çilçıraqsız lampa işıqlandırır. Onlar yerə döşək salıb yatırlar. Masa və stulları isə onlara yerdə oturmamaları üçün yerli qəzet redaksiyası verib.

Adamlar illərlə bu yerlərdən baş götürüb gediblər. İkinci Dünya Müharibəsindən əvvəl bu regionda 250 kənd və 58 min adam vardısa, indi 54 yaşayış məskənində 14 min 500 adam məskunlaşıb.

Martenslər deyirlər ki, onlar Baptist ailəsindəndirlər və Bibliya əsasında yaşayan sadə xristiandırlar.

Qayıdışla bağlı hökumət proqramının əsasını Rusiya prezidenti Vladimir Putin 2012-ci ildə qoyub. Bu proqramda geri qayıdan adama birdəfəlik pul yardımı göstərilir, vətəndaşlıq proseduru sürətləndirilir və şəxsi vergi ödəmələrində güzəşt edilir. Ancaq proqram geri qayıdan şəxsə və ya ailəyə nə ev, nə də işlə təminat nəzərdə tutur.

Eugen Martens deyir ki, ona ailəsini yerləşdirməyə birdəfəlik 2 min 200 dollar civarında rus rublu verilib.

“Əlbəttə, soyuqdur”

Martens ailəsinin Omskdakı evi
Martens ailəsinin Omskdakı evi

“Bu evdə 20 ildir heç kim yaşamır”, - Martenslər ailəsini bura göndərmiş Kytovski regionunun rəsmisi Viktor Kuzmin belə deyir və əlavə edir:

“Əlbəttə, soyuqdur, hər yer dəklmə-deşikdir”.

Eugen Martens öz evini tikmək niyyətindədir və köməyə ehtiyacı yoxdur. Peşəcə dülgər olan Eugen öz fermasını yaratmaq istəyir, ancaq bundan ötrü ona 51 min dollar lazımdır.

Yerli məmurlar Martenslər ailəsini xoş qarşılasalar da, bu “ekzotik xaricilərə” geyim-gecim və digər lazimi şeylər versələr də, onlar Rusiya bürokratiyasından razı qalmayıblar:

“Adamlarla danışmağa başlayınca, hər şey aydın olur. Onlar mənə - bir xariciyə burda hər şeyin pis olmasından şikayətlənir, məmurlardan narazılıqlarını dilə gətirirlər. Eyni proqramla Rusiyaya qayıdan bir nəfər mənə danışdı ki, ona vəd edilən pulun yarısını verib, deyiblər ki, daha yoxdur. Adamlar hakimiyyət haqqında yaxşı şeylər danışmır, amma gedib səs verirlər, çünki onlar ayrı seçim görmürlər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG