Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:55

Almaniyada sinaqoqa hücum nəticəsində iki nəfər həlak olub


Təhlükəsizlik qüvvələri Halle şəhərində

Oktyabrın 9-da Almaniyanın şərqindəki Halle şəhərindəki sinaqoqa və yaxınlıqdakı kababxanaya atəş açılması nəticəsində iki nəfər həlak olub.

Almaniya polisi bildirir ki, şübhəlilərdən biri həbs edilib, lakin ikisi oğurlanmış avtomobildə qaçıb aradan çıxıb.

Bu hücum yəhudilərin müqəddəs Yom Kippur bayramı günündə baş verib.

Almaniya televiziyasının xəbərinə görə iki nəfərin ölməsindən başqa, daha iki nəfər ağır yaralanıb.

Halle şəhərinin bələdiyyəsi bildirib ki, atışmalardan biri şəhər mərkəzindəki sinaqoqun qarşısında baş verib. İkinci atışma kababxanada olub.

Halle şəhəri yəhudi icmasının başçısı Max Privorozki deyib ki, atəş açan şəxs sinaqoqun içərisinə girməyə çalışırdı. Bu vaxt Humboldt sinaqoqunda təxminən 70-80 nəfər vardı. Onlar Yom Kippur bayramını qeyd edirdilər.

Privorozki deyib ki, hücum edən ağır silahlanmışdı və başında dəbilqə vardı. O qapıları kilidlərə atəşlə açmağa çalışırdı.

Almaniya kansleri Angela Merkel hücumu qətiyyətlə pisləyib və “müqəddəs Yom Kippur günündə bütün yəhudilərlə həmrəylik” ifadə edib.

İsrailin baş naziri Benjamin Netanyahu deyib ki, bu hücum “Avropada antisemitizmin daha bir sübutu” olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG