Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:15

Almaniya virusu ‘cilovladığını’ deyir


Milli geyimlər ustası Petra Kupke Pasxa motivli maskanı nəzərədən keçirir
Milli geyimlər ustası Petra Kupke Pasxa motivli maskanı nəzərədən keçirir

Almaniya aprelin 17-də bildirib ki, ölkədə bir aydır davam edən karantin koronavirus pandemiyasını nəzarət altına gətirib.

Berlin bildirir ki, bazar ertəsi, yəni aprelin 20-dən kiçik mağazaların açılmasına icazə verilir və uşaqlar tezliklə məktəbə gedə biləcəklər.

AFP agentliyi yazır ki, bu, Avropada Fransa və Britaniyanın karantini uzatdıqları bir vaxtda virusla mübarizədə ciddi uğur hesab edilə bilər.

Dünya Səhiyyə Təşkilatı aprelin 16-da Avropanı “qasırğanın gözü” adlandırmışdı.

Dünya miqyasında 140 mindən çox ölümün 90 mini Avropada qeydə alınıb.

Bununla yanaşı Almaniyada infeksiya ilə bağlı göstəricilər əhəmiyyətli şəkildə azalıb.

Yoluxma əmsalı 0.7-yə enib

Səhiyyə naziri Jens Spahn aprelin 17-də deyib ki, epidemiya indi nəzarət altındadır.

Statistikaya görə hazırda Almaniyada bir adam orta hesabla “1 nəfərdən az adamı” koronavirusa yoluxdurur.

Robert Koch İnstitutunun verdiyi məlumata görə hazırda Almaniyada bir nəfərin yoluxuculuğu 0.7-yə düşüb.

Koronavirus epidemiyanın güclü olduğu yerlərdə bir nəfərdən orta hesabla üç nəfərə yoluxur.

Almaniyada indiyədək 134 min yoluxma, 3868 ölüm qeydə alınıb.

Rumıniyadan gələn mövsümi işçilər Düsseldorf hava limanında. Onlar əsasən kənd təsərrüfatı məhsulunun yığımında iştirak edirlər
Rumıniyadan gələn mövsümi işçilər Düsseldorf hava limanında. Onlar əsasən kənd təsərrüfatı məhsulunun yığımında iştirak edirlər

“Səhv etmək riski böyükdür”

Kansler Angela Merkel bildirib ki, indi hər iki və ya üç həftədən bir vəziyyəti təhlil etməklə məhdudiyyətlərin qaldırılması prosesinə başlana bilər.

Lakin təcrübəli siyasətçi əlavə edib ki, bu məsələdə “səhv etmək riski çox böyükdür”.

Bu da xəbər verilir ki, Berlin iki nəfərdən artıq insanın bir araya gəlməsini qadağan edən qayda da daxil, qalan məhdudiyyətləri qüvvədə saxlayır.

Almaniyada keçirilmiş rəy sorğuları ictimaiyyətin sərt məhdudiyyət qaydalarını dəstəklədiyini göstərib.

Volkswagen kimi bir sıra iri şirkətlər tədricən açılış üçün öz mərhələli proqramlarını hazırlayıb.

Bazar ölüb... Koronavirusun zərbə vurduğu bizneslər
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Məsuliyyətli könüllülük

Almaniyanın səhiyyə naziri Spahn deyib ki, ölkədə avqust ayından başlayaraq hər həftə 50 milyon maska hazırlanacaq.

Bunlardan 40 milyonunun sadə, 10 milyonunun isə FFP2 tipli xüsusilə etibarlı maska olacağı planlaşdırılıb.

Buna baxmayaraq Almaniya qonşu Avstriyadan fərqli olaraq ölkə boyunca maskadan istifadəni məcburi etməyib.

Spahn bildirib ki, adamlar maskadan könüllü şəkildə istifadə edəcək qədər məsuliyyətlidirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG