Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:52

Almaniyada bıçaqla hücumda 3 nəfər ölüb


Almaniyanın cənubundakı Vürtsburq şəhərində törədilmiş bıçaq hücumunda 3 nəfər ölüb və bir neçə nəfər yaralanıb.

Bu barədə məlumatı iyunun 25-də Bavariya polisi verib.

Hücumda şübhəli bilinən 24 yaşlı somalili bu şəhərdə 2015-ci ildən yaşayır.

Bavariyanın daxili işlər naziri Yoakim Herman deyib ki, şübhəli bu yaxınlarda bir neçə dava-dalaşa görə polisin diqqətini cəlb etmiş və daha sonra məcburi müalicə üçün ruhi klinikaya göndərilmişdi.

Hermanın sözlərinə görə, bu şəxs əlindəki bıçaqla kimə gəldi hücum edirmiş.

Yaralıların arasında bir yeniyetmə də var. Onun atasının bu hücum zamanı həlak olduğu düşünülür.

İlk hadisə deyil

Bavariya Daxili İşlər Nazirliyinin məlumatına görə hücum nəticəsində 3 nəfər ölub və 10-dək yaralı var. Bunlardan 3 və ya 4-ü reanimasiyadadır.

Polis bildirir ki, hücum edən ayağına atəş açıldıqdan sonra zərəsizləşdirilərək saxlanıb.

Sosial mediada yayılan videolarda ayaqyalın bir nəfərin əlində uzun bıçaqla adamlara hücum etdiyi görünür.

Bavariya ştatının baş naziri Markus Söder Twitter-də yazıb:

“Vürtsburqda qorxulu və dəhşətli hadisə. Biz qurbanların yaxınları ilə birgə kədərlənirik. Yaralılardan narahatıq və sağalmalarına ümid bəsləyirik. Polisə çevik müdaxiləyə görə təşəkkür edirik”.

Frankfurtun cənub-şərqində yerləşən Vürtsburq şəhərininin 130 minlik əhalisi var.

Burada 2016-cı ildə də buna bənzər hücum baş verib. O vaxt bir yeniyetmə qatarda adamlara balta və bıçaqla hücum etmişdi. O insidentdə 3 nəfər yaralanmışdı.

Hücum edən şəxs – 17 yaşlı əfqan polis tərəfindən güllə ilə vurularaq öldürülmüşdü.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG