Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Almaniya Rusiyaya qazı öz şərtləri ilə satmaq imkanı verməyəcək


Almaniyanın dövlət enerji tənzimləyicisi ŞimalAxını-2 layihəsinə Avropa İttifaqının qaz direktivlərindən istisna hüququ verməkdən imtina edib.

Buna səbəb kimi, bu layihə üzrə kəmərin 23 mayadək çəkilib başa çatmaması göstərilir.

Almaniya tərəfi bildirib ki, ŞimalAxını-2 kəməri Avropa İttifaqının mövcud qaydaları ilə tənzimlənəcək.

Bu direktivə görə Avropa İttifaqına qaz nəql edən bütün kəmərlərə blokun daxili bazarının qaydaları tətbiq olunur.

Bu qaydalara görə eyni şirkət eyni zamanda həm qazın satıcısı, həm də onun nəqlinin əməliyyatçısı ola bilməz.

Bundan başqa qaz kəmərlərinə mütləq üçüncü ölkələrin də çıxışı olmalıdır.

Başqa sözlərlə bu o deməkdir ki, Avropa İttifaqı qaydalarına görə ŞimalAxını-2 kəməri ilə qazı nəql edən əməliyyatçı Gazprom-dan asılı olmayan şirklət olmalıdır.

Eyni zamanda qaydalara görə bu boru kəmərinin tutumunun 50 faizi başqa təchizatçıların ixtiyarına verilməlidir.

Hazırda ŞimalAxını-2 kəmərinin 100 faizi Gazpromun mülkiyyətindədir.

ABŞ sanksiyaları

ŞimalAxını-2 bildirib ki, Almaniya tərəfinin bu qərarı ilə razı deyil. Rusiya tərəfi iddia edir ki, boru kəməri iqtisadi funksionallıq baxımından müqavilədə nəzərdə tutulmuş vaxtda, yəni mayın 23-dək hazır olub.

ŞimalAxını-2 layihəsi ümumi həcmi ilə 55 milyard kubmetr olan kəmərin iki xətti Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniya ərazisinə çəkilməli idi.

Plana görə boruların düzülməsi 2019-cu ilin 4-cü rübündə başa çatmalıydı. Amma ötən ilin dekabrında ABŞ ŞimalAxını-2 layihəsi üzrə boru düzən şirkətlərə qarşı sanksiyalar elan edib.

Bu sanksiyalar qoyulduqdan sonra da Rusiya nümayəndələri bəyan etdilər ki, ŞimalAxını-2 kəməri nə olursa-olsun 2020-ci ilin sonlarına və ya 2021-ci ilin əvvəllərinədək mütləq çəkiləcək.

Qərbi parçalayan layihə

Bu yaxınlarda Bloomberg xəbər vermişdi ki, ŞimalAxını-2 kəmərinin tikintisi bərpa olunmağa çox yaxındır.

ŞimalAxını-2 şirkətində bu xəbəri nə təsdiq, nə də təkzib etmişdilər.

Bloomberg agentliyinin məlumatına görə kəmərin yalnız 6 faizi çəkilməmiş qalır. Bu isə təxminən 100 kilometrdən bir qədər çoxdur.

ABŞ ŞimalAxını-2 layihəsinə qarşı çıxaraq bildirir ki, sözü gedən kəmər Avropanın Rusiyadan qaz asılılığını son dərəcə artıracaq.

Bu narahatlığı Ukrayna və Avropa İttifaqının bir sıra ölkələri də bölüşürlər.

Amma Rusiya, Almaniya, Avstriya və kəmərin çəkilişində iştirak edən ölkələr ŞimalAxını-2-nin yalnız biznes-layihə olmasında israr edirlər.

Vaşinqton Avropaya Rusiya qazının əvəzində ABŞ qazının verilməsini təklif edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG