Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 10:13

Almaniya Rusiyanı yeni sanksiyalarla hədələyir


Angela Merkel
Angela Merkel

Almaniya Xarici İşlər Nazirliyi bir Rusiya vətəndaşı da daxil 2015-ci ildə ölkə parlamentinə haker hücumuna görə “məsuliyyət daşıyanlara” qarşı Avropa İttifaqının sanksiyaları ilə hədələyib.

Son vaxtlar Berlin və Moskva arasında münasibətlər bir xeyli gərginləşib.

Nazirliyin mayın 28-də verdiyi bəyanatda deyilir ki, Rusiyanın Berlindəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib və ona Dmitry Badin adlı Rusiya vətəndaşının həmin vaxt Rusiya kəşfiyyatı üçün işlədiyini göstərən sübutlar təqdim olunub.

Almaniya prokurorları Badinin həbsi üçün orderi artıq imzalayıblar və o habelə Birləşmiş Ştatlar tərəfindən axtarışa verilib.

Onun APT28 və ya Fancy Bear haker qrupunun üzvü olduğu güman edilir.

Sanballı sübutlar

Almaniya XİN-in bəyanatında deyilir ki, Rusiya vətəndaşı Dmitry Badinin həbsi üçün order mayın 5-də verilib və Berlin Brüsseldən Almaniya Bundestaqına hücum üçün məsuliyyət daşıyanlar barəsində Avropa İttifaqının kiberhücumlara qarşı sanksiyalar rejiminin tətbiq olunması xahiş edəcək:

"Badinin haker hücumu zamanı Rusiyanın hərbi kəşfiyyat - Baş Kəşfiyyat İdarəsinin (GRU) üzvü olduğuna dair etibarlı dəlillər vardır”.

Bu ayın əvvəllərində Almaniya kansleri Angela Merkel demişdi ki, o 2015-ci ildə Bundestaqa haker hücumunda “Rusiya qüvvələrinin” iştirakına dair “sanballı sübutlara” malikdir.

FTB-nin Badinin axtarışı barədə elanı
FTB-nin Badinin axtarışı barədə elanı

Həmin hücum vaxtı kanslerin Bundestaq ofisindəki sənədlərinə də müdaxilə edilmiş və bəzi məlumatlara görə informasiya oğurluğu baş vermişdi.

Moskva mayın 27-də verdiyi bəyanatda Bundestaqa haker hücumu ilə hər hansı əlsaqəsinin olduğunu inkar edib.

Rusiya bildirir ki, Berlin bu məsələdən pandemiya ilə bağlı problemlərdən diqqətin yayındırılması üçün istifadə edir.

Rusiya XİN Almaniyanın sanksiya hədələrinə hələlik heç bir reaksiya verməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG