Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:21

Almaniya Şimal Axını 2 kəmərinin sertifikasiyasını dayandırıb


Gazprom şirkətinin Moskvadakı əsas qərargahı
Gazprom şirkətinin Moskvadakı əsas qərargahı

Almaniyanın federal enerji tənzimləyicisi Rusiya təbii qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəmərinin təsdiqi prosesini müvəqqəti dayandırdığını bildirib.

Federal Şəbəkə Agentliyi və Bundesnetzagentur noyabrın 16-da bəyan edib ki, tikintisi bu yaxınlarda başa çatmış kəmərin sertifikasiya prosesini dayandırıb.

Agentliyin bəyanatında deyilir ki, Şimal Axını 2 kəməri əməliyyatçısının Almaniya qanunları altında işləməsi rəsmiləşdirilənədək bu kəmərə lisenziya verilməyəcək.

Bundesnetzagentur bildirir ki, kəmərin Almaniya ərazisindəki hissəsini idarə edəcək filial “müstəqil nəqliyyat operatorunun” şərtlərini yerinə yetirməyib.

Bu da qeyd olunur ki, “əsas aktivlər və insan ehtiyatları filiala köçürlməyənədək sertifikasiya proseduru bərpa olunmayacaq”.

Ziddiyyətli kəmər

Bu bəyanat bütün qaz istehlakının üçdə biri Rusiyadan gələn Avropanın qış ərəfəsində qalxan enerji qiymətləri ilə çarpışdığı vaxta təsadüf edir.

Baltik dənizinin dibi ilə çəkilmiş bu kəmər Almaniyaya nəql olunan Rusiya qazının həcmini iki dəfə artırmalıdır.

Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniya kömür və nüvə enerjisindən uzaqlaşmağa çalışır.

Lakin tənqidçilər deyirlər ki, Şimal Axını 2 kəməri Avropa İttifaqının Rusiya qazından asılılığını artıracaq və Rusiyanın öz qazını Avropaya Ukraynadan yan keçərək ixrac etməsinə şərait yaradacaq.

Bu kəmərin əməliyaytçısı olan Nord Stream 2 AG şirkəti bildirib ki, Almaniyanın tələbləri ilə razıdır və bu normalara uyğunlaşmaq üçün tədbirlər görür.

Şirkətin tədbirlərin detalları və kəmərin istismara verilməsi vaxtı ilə bağlı əlavə məlumat verməyib.

XS
SM
MD
LG