Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:27

25 min qazax hərbi əsirinin dəhşətli taleyi


Hitler Almaniyasına əsir düşmüş qazaxlar
Hitler Almaniyasına əsir düşmüş qazaxlar

Qazax tarixçiləri Almatıdakı Mərkəzi Dövlət Arxivində iki düşərgə sistemindən keçmiş, həm nasist, həm də sovet düşərgələrini görmüş Qazaxıstan sakinləri haqda elmi toplu və sərgi təqdim ediblər. Söhbət İkinci Dünya müharibəsi zamanı qarşı tərəfə əsir düşən, geri qayıtdığı zamansa casusluqda suçlanan insanlardan gedir.

Nurlan Seitov məşhur 106-cı süvari diviziyasının komissarı Nurkhan Seitov-un oğludur. 1942-ci ildə qazaxıstanlıların vuruşduğu bu birlik Ukraynanın Xarkov şəhəri yaxınlığında demək olar ki, tam tərkibdə almanlara əsir düşüb.

25 İLLİK DÜŞƏRGƏ CƏZASI

Ata Seitov müharibədən öncə Qazaxıstan SSR hökumətində nazir və 106-cı diviziyanın siyasi rəhbəri olub. Əsirlikdə o, digər qazaxıstanlılar kimi, Türküstan legionunun tərkibinə daxil edilib. Orta Asiya respublikalarının türk xalqlarının nümayəndələri alman əsirliyinə düşdükləri zaman nasist Almaniyası tərəfində vuruşan bu ordu birliyinə keçirilirdilər.

Müharibədən sonra, 1947-ci ildə evə qayıdan Seitov digər tanınmış qazax siyasət və mədəniyyət xadimləri ilə birlikdə vətənə xəyanətdə suçlanaraq, güllələnmə cəzasına məhkum edilib. Sonradan bu hökm 25 illik düşərgə cəzası ilə əvəzlənsə də, keçmiş nazirə bu cəzanın sonunadək yaşamaq qismət olmayıb. Artıq on illərdir ki, yaxınları onun bəraət almasına çalışırlar.

«Atamın çətin, fəlakətli taleyi haqda eşidən bütün qohumlarımız bizdən üz döndərdilər. Mən Moskvaya, Almatıya məktub yazdım. Atam haqqında yazılanların hamısı çox mənfi idi. Cavablarda deyilirdi ki, o, xalq düşmənidir», – Nurlan Seitov danışır.

1946-cı ilə aid rəsmi statistikaya görə, müttəfiqlər 25 min qazax hərbi əsirini SSRİ-yə qaytarıblar. Onların şəxsi işləri müxtəlif arxivlərə səpələndiyindən, bu insanların sonrakı taleyini izləmək son dərəcə çətindir.

Ancaq bu 25 min nəfərin çoxunun 1950-ci illərdə həbsxana və düşərgələrdə uzunmüddətli həbs cəzalarına məhkum edildiyi bəllidir.

«PROBLEMİN TOXUNMADIĞI AİLƏ YOXDUR»

Tarixçi Kaydar Aldazhumanov uzun illər KQB-nin arxivlərində çalışıb. O danışır ki, o zamanlar İngiltərənin xeyrinə casusluq ittihamı geniş yayılıbmış. Onun özünün doğma əmisi Zhamken Aldazhumanov-a da məhz bu ittiham verilib. Z.Aldazhumanov cəbhədə əsir düşüb, vətənə qayıdanda isə o, artıq əlil idi. Sonradan onu casusluqda ittiham edərək, 25 il həbs cəzası kəsiblər.

«O, bir neçə ay ərzində rayon NKVD-sinə (Daxili işlər üzrə xalq komissarlığı - tərc.) gedərək qeydiyyatdan keçib. Sonradan onu 25 illiyinə həbs ediblər. Qohumlar onun harada olduğunu bilmirdilər: onu qeydiyyat yerini dəyişmək hüququ olmadan həbs etmişdilər. Yalnız üç ildən sonra düşərgədən məktub gəldi: sən demə, onu ingilis casusu olmaqda ittiham ediblərmiş», –deyə Valixanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi Kaydar Aldazhumanov nəql edir.

Tarixçi Dina Igsatova artıq 10 ildir ki, faşist düşərgələrində sağ qala bilmiş, ancaq sonradan QULAQ sisteminin düşərgələrinə düşmüş adamların sənədlərinin axtarışı ilə məşğuldur. Onun sözlərinə görə, onun işinin ucu-bucağı, sonu görünmür.

«Nə qədər çox insanla görüşürsənsə, bu problemin toxunmadığı ailənin olmadığı daha çox üzə çıxır. Elə məsələni qaldıran kimi hamı deyir ki, mənim orada qohumum, babam, babamın qardaşı və s. olub. Yəni bu problem təkcə Rusiya deyil, Qazaxıstanda üçün də aktualdır», – tarixçi deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG