Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 17:15

Almaniyada Qarabağ müzakirəsi gözlənir


Minsk qrupunun həmsədrləri, 2016

ATƏT-in Minsk qrupunun həmsədrləri dekabrın əvvəllərində təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparacaq.

"Report" bu xəbəri Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikə istinadən yayıb.

XİNŞ-in iclası dekabrın 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək. Bu həm də hazırda ATƏT-in fəaliyyətdə olan sədri Almaniyanın səlahiyyətlərinin Avstriyaya ötürülməsilə əlaqəlidir. Qurum üzvü olan dövlətlər quruma bir il ərzində sədrlik edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG