Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Mart, bazar, Bakı vaxtı 03:06

Almaniyadakı hücumun ekstremist qruplarla bağlılığı yoxdur


Münster şəhəri.Almaniya

Almaniya mətbuatı, Münster şəhərində avtobili kütlənin üzərinə sürən 49 yaşlı şəxsin psixoloji problemləri olduğu yazır.

Amma polis hələlik bu məlumatı təsdiqləməyib.

Prokuror Martin Botzenhardt aprelin 8-də bildirib ki, hələlik hcumun motivi bəlli deyil.

Polis hazırda onun evində istintaq aparır.

Hüquq-mühavizə orqanlarının məlumatına görə, o, Almaniya vətəndaşıdır və onun hansısa islamçı ekstremist qrupla bağlılığı barədə heç bir məlumat yoxdur.

Hələlik hücum edənin adı açıqlanmayıb.

O, aprelin 7-də avtomobili şəhərin mərkəzindəki restoranlardan birinin qarşısında müştərilərin üzərinə sürüb.

Nəticədə 2 nəfər ölüb, 20 nəfərsə yaralanıb.

Yaralılardan 6-ı ağır vəziyyətdədir.

XS
SM
MD
LG