Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:47

Merkel ictimai fəallarla görüşüb (YENİLƏNİR)


Angela Merkel və İlham Əliyev, 21 yanvar 2015, Berlin
Angela Merkel və İlham Əliyev, 21 yanvar 2015, Berlin


Azərbaycana rəsmi səfər edən Almaniya kansleri bu gün, avqustun 25-də vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşüb.

“Turan” agentliyinin məlumatına görə, kanslerlə vətəndaş cəmiyyəti təmsilçilərinin müzakirəsi rəsmi görüşlərdən sonra baş tutub.

Yarım saatdan artıq davam edən görüşdə yerli vətəndaş cəmiyyətinin durumu müzakirə mövzularından olub. İnsan hüquq və azadlıqlarının, media azadlıgının vəziyyəti nəzərdən keçirilib.
Yerli vətəndaş cəmiyyəti fəalları A.Merkelə bu sahədəki durumla baglı məlumat veriblər.

Görüşdə araşdırmaçı jurnalist Xədicə İsmayıl, vətəndaş cəmiyyəti təmsilçiləri Şəhla İsmayıl, Əvəz Həsənov, Turgut Qəmbər iştirak edib.

Almaniya kansleri A. Merkelin Azərbaycan səfəri başa çatıb.

****

İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir”

Avqustun 25də Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Angela Merkel iki ölkənin iş adamları ilə görüşüblər.

Görüşdə İ.Əliyev A.Merkellə geniş fikir mübadiləsi aparıldığını, bir çox məsələlər, o cümlədən iqtisadi-ticarətsahəsindəki əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.

“Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər. Yalnızdövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha daartacaq”, deyən prezident Azərbaycanın müasirləşmə dövrünü yaşadığını vurgulayıb.

“Azərbaycan iqtisadiyyatıçox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyətisabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində Azərbaycana 250 milyarddollar sərmayə qoyulub”.

Ölkə başçısı Azərbaycanın əsas məqsədinin qeyri-neft sektorunun inkişafı olduğunu, bu sahədə Almaniyadan olan şirkətlərin kömək göstərəbiləcəyini qeyd edib.

Angela Merkel: Azərbaycan dünyəvi müsəlman dövlətidir, baxmayaraq ki…

Angela Merkel dəöz çıxışında ikitərəfli əlaqələr, eləcə də Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri haqqında intensiv fikir mübadiləsi aparıldığını ifadə edib.

“Azərbaycanın geostrateji ərazidə yerləşməsi, İran və Rusiya ilə sərhədlərə malik olması, Türkiyə ilə sıx münasibətləri barədə də danışdıq.Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkədir”, deyən Almaniya kansleri iqtisadiyyatınşaxələndirilməsinin yaxşı olduğunu vurğulayıb.

“Alman iqtisadiyyatının da geniş şaxəli olması burada yaxşı partnyorluq üçün əsas yaradır. Azərbaycanda alman xarici ticarət palatası var, burada150-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Prezident də qeyd etdi ki, ölkənin iqtisadiyyatının inkişafına töhfə vermək üçün digər müəssisələrdə ürəkdən dəvət olunur. Bizim bunda böyük marağımız var".

A.Merkel daha sonra deyib:

“Azərbaycan dünyəvi bir dövlətdir. Biz bu barədə danışdıq. Bu gün Azərbaycan dünyəvi müsəlman dövlətidir. Baxmayaraq ki, biz bu gün dünyanınbir çox ölkələrində islamlaşmanın daha da güclənməsi trendlərini müşahidə edirik”

****

Angela Merkel və İlham Əliyev birgə mətbuat konfransı keçiriblər.

Bir xarici jurnalistin “Cənab İlham Əliyev, Əfqan Muxtarlı və başqa araşdırmaçı jurnalistlər həbsdədirlər və siz Avropa Şurası tərəfindən bu mənada tənqidə məruz qalırsız. İqtisadi əməkdaşlıqla yanaşı bu məsələlər də müzakirə olundumu sualına cavabında İlham Əliyev deyib:

“Azərbaycanda bütün azadlıqlar təmin olunub. O cümlədən, söz azadlığı, mətbuat azadlığı. Azərbaycanda yüzlərlə mətbu orqan fəaliyyət göstərir, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Tənqidə görə, fərqli baxışa görə heç kim Azərbaycanda təqib olunmur”.

İlham Əliyev deyib ki, iki liderin müzakirəsində bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub, o cümlədən insan haqları və demokratiya da.

***

Alman deputatlar Milli Məclisdə

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Almaniya münaqişəninaradan qaldırılması istiqamətində səy göstərməyə hazırdır”

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, bu sözləri bu gün, avqustun 25-də Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqıfraksiyasının sədr müavini Johann Vadephul deyib.

O, Almaniya Bundestaqının deputatlarından ibarət nümayəndə heyəti ilə birgə Milli Məclisdə olub. Onların parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun Azərbaycandan olan üzvləri ilə görüşü keçirilib.

J.Vadephulin iki ölkə arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğuladığı bildirilir.

Verilən məlumata görə, habelə Azərbaycanı Cənubi Qafqazda Almaniyanın vacib ticarət tərəfdaşı kimi dəyərləndirən J.Vadephul Dağlıq Qarabağ münaqişəsinin həllinin önəmli məsələ olduğunu vurğulayıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Asim Mollazadə də Dağlıq Qarabağ münaqişəsindən danışıb.

“Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu gün Gürcüstan, Moldova, Ukrayna eyni problemlə üzləşib. Bu, bizim müstəqillikmübarizəmizdir. Azərbaycan demokratiya yolunu seçib, insan azadlıqlarının qorunması bizim üçün çox vacib amildir”, o, deyib.

Görüşdə parlamentlər arasında əlaqələrin inkişafı, ölkələrin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığınıngenişləndirilməsi barədə fikir mübadiləsinin aparıldığı bildirilir.

Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin rəhbərlik etdiyi nümayəndə heyətinin Cənubi Qafqaz ölkələrinə səfəri avqustun 23-də başlayıb. Onlar bu gün, avqustun 25-də Azərbaycana gəliblər. Angela Merkelin Azərbaycan prezidenti ilə də görüşü olub.


Azərtac-ın xəbərinə görə, Angela Merkel Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş insanların məzarlarını ziyarət edib

O, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Almaniyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən A. Merkelə “Şəhidlər xiyabanı”nın tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

****

Merkel insan hüquqlarına da diqqət çəkib

“Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir”

AZƏRTAC-ın xəbərinə görə, bu gün, avqustun 25-də Azərbaycan prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşdə Almaniya Federativ Respublikasının kansleri xanım Angela Merkel belə deyib.

Görüşdə əvvəlcə Azərbaycan prezidenti danışıb.O vurğulayıb ki, bu səfərin çox uğurlu olacağına və Almaniya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əmindir:

“Biz sizinlə dəfələrlə görüşmüşük, aramızda siyasi dialoq fəal şəkildə aparılır və çox şadam ki, bu gün siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir.

İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər - yəni, bütün bu məsələləri bu gün (avqustun 25-də) müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək”

Almaniya Kansleri Angela Merkel isə öz növbəsində bunları deyib:
“ Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək.

Biz həm də mədəniyyət sahəsində əlaqələrimizi də genişləndirə bilərik. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur.

Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.

Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir.

Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”.

Azərbaycan prezidenti ilə Almaniya kansleri birgə mətbuat konfrnası keçirib.

Bu barədə xəbəri AZƏRTAC yayıb.

Xəbərə görə, avqustun 25-də geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının kansleri xanım Angela Merkel birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfrnasının təfərrüatı barədə, hələlik, informasiya verilmir.

Bundan bir qədər öncə, İlham Əliyev və xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi də aparılıb.

A.Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri avqustun 23-də başlayıb.O, bu gün, avqustun 25-də Azərbaycana gəlib.

***

Azərbaycan prezidenti və Almaniyanın kanslerinin geniş tərkibdə görüşü keçirilib.

Bu gün, avqustun 25-də Azərbaycan prezidenti İlham Əliyevin və Almaniya kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti və Almaniyanın kansleri görüşdə çıxış etdilər.

Ancaq, hələlik, çıxışların mətni yayılmayıb.

***

Almaniya Federativ Respublikasının kansleri Angela Merkel bu gün, avqustun 25-də Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, Almaniyanın kanslerini hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

A.Merkel Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

O, Bakıda ikitərəfli və Azərbaycan-Avropa İttifaqı (Aİ) arasında əlaqələrin inkişafı məsələlərini müzakirə etməlidir. Danışıqlar zamanı Avropaya enerji resurslarının nəqli mənbələrinin şaxələndirilməsi kontekstində Cənub Qaz Dəhlizinin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olmalıdır.

Cənub Qaz Dəhlizi layihəsi «Şahdəniz» qazının Avropaya nəqlini nəzərdə tutur.

Bundan əlavə, onun insan hüquqları, demokratiya və qanunun aliliyi məsələlərinə də toxunacağı bildirilir.

A.Merkelin həmçinin, Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunacağı gözlənir.

Daha sonra A.Merkelin 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıda qətlə yetirdiyi və Qarabağ müharibəsində həlak olan insanların dəfn olunduğu «Şəhidlər Xiyabanı»nı ziyarət edəcəyi də bildirilir.

Verilən məlumata görə, günün ikinci yarısında Merkel işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək dəyirmi masada iştirak edəcək.

Həmin tədbir başa çatdıqdan sonra Almaniya kanslerinin Berlinə yola düşəcəyi bildirilir.

A.Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri avqustun 23-də başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG