Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:48

Kansler Angela Merkelin qocaman müttəfiqi Almaniya müsəlmanlarını liberalism, dözümlülük və demokratiyaya əsaslanan yeni “Almaniya İslamı” yaratmağa çağırıb.

O deyib ki, ölkəyə çox sayda müsəlman qaçqının gəlməsi ölkə cəmiyyəti üçün çətinliklər yaradır.

Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble bu bəyanatı özünün ənənəvi maliyyə hesabatı çıxışında verib.

Reuters yazır ki, ötən il Almaniyaya əksəriyyəti Yaxın Şərq və Şimali Afrika müsəlmanları olmaqla 1 milyon qaçqın gəlib.

Bunun nəticəsində cəmiyyətin narahatlığından fürsətlənən ifrat sağçı Alternativ Almaniya partiyası bir sıra seçki uğurları qazanıb.

Partiyanın nizamnaməsində deyilir ki, İslam Almaniya konstitusiyasına ziddir.

Merkelin Xristian-Demokrat Partiyasının sütunlarından biri olan Schaeuble “Welt am Sonntag” qəzetinə yazdığı məqalədə qeyd edir ki, qaçqınların əksəriyyətinin mənşəyi Almaniyanın ənənəvi mədəniyyəti üçün problemlər yarada bilər.

Reuters xəbər verir ki, əgər xanım Merkel növbəti seçkilərə qatılmaqdan imtina edərsə, 74 yaşlı Schaeuble-in partiyanın kanslerliyə namizədi olacağı deyilir.

Almaniyanın balaca müsəlman qızları Hanau məscidinin açılışında. 2015-ci il

Almaniyanın balaca müsəlman qızları Hanau məscidinin açılışında. 2015-ci il

Nazir bildirib ki, miqrantların ötən qış Kölndə törətdikləri seksual təcavüzlər onlara qarşı əhval-ruhiyyəyə xələl gətirib.

Schaeuble deyib ki, Almaniyada ksenofob hücumların artmasına baxmayaraq o, almanların əksəriyyətinin sağlam düşüncəsinə inanır.

“Biz istəyirik ki, siz də bizlərdən olasınız” – yazır müsəlmanlara müraciətlə nazir.

Reuters yazır ki, miqrant böhranı Merkelin təkrar kansler seçilmək perspektivləri üçün ciddi problemlər yaradıb.

Hökumətin xristian-sosial müttəfiqləri xanım Merkeli qaçqınlara münasibətdə “açıq qapılar” siyasətinə görə tənqid edirlər.

Schaeuble ötən həftə İslama həsr olunmuş illik konfransda demişdi ki, bütün dindən olan vətəndaşlar Almaniyanın tərkib hissəsidirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG