Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

Almaniya İrana münasibətdə ABŞ-dan fərqli siyasət yürütdüyünü deyir


İran hərbi katerləri Fars körfəzində
İran hərbi katerləri Fars körfəzində

Almaniya kansleri Angela Merkelin sözçüsü iyulun 31-də bildirib ki, onun ölkəsi Hörmüz boğazında ABŞ-ın təklif etdiyi dəniz patrulunda iştiraka “həvəsli” deyil, amma eyni məqsədli Avropa missisyasında iştirakı nəzərdən keçirə bilər.

Vaşinqton bundan bir gün əvvəl “dünyanın ən məşğul gəmiçilik zolağının işləkliyini təmin etmək və İranın təcavüzünü önləmək üçün Hörmüz boğazında keşik çəkilməsini” təklif etmişdi.

Almaniya hökumətinin sözçüsü Ulrike Demmer deyib ki, Berlin ABŞ və İran arasında yaranmış gərginliyin azaldılması üçün diplomatik səylərin dəstəklənməsinə tərəfdardır:

"Bizim üçün mühüm olanı diplomatik yolun davam etdirilməsi…deeskalasiyanın əldə olunması məqsədilə İranla danışıqlara nail olmaqdır. ABŞ bu günlərdə Almaniya da daxil bir neçə müttəfiqinə Fars körfəsində dəniz müşahidəsi missiyasının aparılmasını təklif edib və dəstək istəyib. Almaniya hökuməti ABŞ-ın konkret təklifinə o qədər də həvəslə yanaşmır və buna görə də dəstək təklif etməyib. Ümumilikdə isə bizim İrana münasibətdə siyasətimiz ABŞ-ın hazırkı yanaşmasından əhəmiyyətli şəkildə fərqlənir”.

Britaniya ötən həftə özünün hərbi dəniz donanmasına Britaniya bayrağı altında üzən gəmilərin Fars körfəzində müşayiət edilməsini əmr edib.

Bundan əvvəl İran Britaniyaya məxsus tankeri saxlayıb.

Demmer deyib ki, Almaniya dənizçilik təhlükəsizliyi məsələlərində Fransa və Britaniya ilə koordinasiyada işləyir.

Sözçü əlavə edib ki, Almaniya Avropa dəniz missiyasının “nəzərdən keçirilməsinin faydalı olduğunu” düşünür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG