Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Almaniya polisi ‘terror motivini’ istisna etmir


İllüstrasiya
İllüstrasiya

Almaniya hakimiyyət orqanları bildirirlər ki, Köln şəhərinin əsas dəmir yolu vağzalında bir qadının girov götürülməsi ilə bağlı insidentin arxasında terror motivinin olduğu istisna edilmir.

İnsident oktyabrın 15-də günorta bir nəfərin qəlyanaltı kafesində “Molotov kokteyli” yandrıması ilə başlanıb. Həmin şəxs daha sonra eyni ərazidəki aptekə daxil olub.

Polis şübhəlinin bir qadını girov saxladığı bu aptekə hücum əməliyyatı keçirib.

Hücum edənin çoxsaylı güllə yaraları aldığı xəbər verilir. Hadisə zamanı girov qadın da daxil üç nəfər xəsarət alıb.

Köln polisinin rəisi Miriam Brauns deyib ki, hadisənin terrorçuluq da daxil bütün mümkün motivləri araşdırılır.

Müstəntiqlər bildirirlər ki, aptekin otaqlarından birində qaz kapsulları və 55 yaşlı Suriya vətəndaşına aid şəxsiyyət vəsiqəsi tapılıb.

Hadisə yerində habelə 55 yaşlı suriyalının pasportu aşkar olunub. Şahidlərə istinadən xəbər verilir ki, şübhəli şəxs özünü İslam Dövləti adlandıran ekstremist təşkilatın üzvü olduğunu deyib.

İnsident zamanı Avropanın ən gur vağzallarından biri olan Köln stansiyasında bütün qatarların hərəkəti dayandırılmışdı.

XS
SM
MD
LG