Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:55

Alman polisi 100 minlik etiraza hazırlaşır


Polis etirazçıları saxlayır
Polis etirazçıları saxlayır

İyulun 6-da Almaniyanın Hamburq şəhərində Böyük 20-liyin (G20) sammitinə etiraz yürüşləri keçirilib, onlarla polis və etirazçı yaralanıb.

Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Qarageyimli etirazçılar polisə butulka atandan sonra bu tədbirlərə əl atılıb.

75-DƏK POLİS XƏSARƏT ALIB

75-dək polis əməkdaşının xəsarət aldığı, onlardan üçünün xəstəxanaya yerləşdirildiyi bildirilir. Polis vertolyotunun pilotlarının gözləri lazer işığından zədələnib.

Etirazçılar isə küçələrdə qarışıqlıq yaradıb, pəncərələri sındırıb, maşınları yandırıb.

İyulun 6-da küçələrə 13 minədək etirazçı çıxıb. Onlardan mini qarageyimli və maskalı anarxistlər olub. Sammit günlərində isə polis 100 minədək etirazçının küçələrə çıxacağını gözləyir. Təhlükəsizliyin təminatına 20 min polis ayrılıb.

12 Porsche maşını yandı
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Sammit öncəsi dünya liderləri arasında gərginlik yaşanıb. Almaniya kansleri Angela Merkel dünyanın 20 böyük iqtisadiyyatının liderinin qəbul edəcəyi kommunikenin mətniylə bağlı razılaşma əldə olunmasına çalışır. Sənədə terrorçuluqdan tutmuş, ticarət, iqlim dəyişikliyi və miqrasiyaya qədər hər şeyin salınacağı gözlənir.

Merkel-lə ABŞ prezidenti Donald Trump-ın görüşündən sonra Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, tərəflər arasında iqlim dəyişikliyi və ticarətlə bağlı aydın ziddiyyətlər qalır, amma ortaq məxrəcə gəldikləri xeyli məqamlar da var.

KONSENSUZ REAL GÖRÜNMÜR

Böyük 20-liyin iqlim dəyişikliyi üzrə konsensus əldə edəcəyi real görünmür. Çünki Trump 2015-ci ildə əldə olunmuş Paris iqlim sazişindən çıxıb.

«Bir çox ölkələr bu sazişin yerinə yetirilməsini istəyir, bəziləri qlobal istiləşməylə mübarizənin gücləndirilməsinə çağırırlar», – Merkel deyib.

Merkel-lə Trump Şimali Koreya, Yaxın Şərq, Ukraynanın şərqindəki münaqişəni də müzakirə ediblər. Görüşdə S.Gabriel, ABŞ dövlət katibi Rex Tillerson, Trump ailəsinin üzvləri iştirak edib.

İyulun 7-də, sammitin birinci günü Trump-ın Meksika prezidenti Peña Nieto ilə görüşəcəyi, daha sonra digər liderlərlə işçi nahara qatılacağı gözlənir.

Ağ evin məlumatına görə, Trump-ın rusiyalı həmkarı Vladimir Putin-lə çoxdan gözlənən görüşü günortadan sonra, sammitin ilk sessiyasının ardınca baş tutacaq.

XS
SM
MD
LG