Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 15:51

Almanlar ləğv etdilər, ingilislər Marselyez oxudular


Uembli stadionunun tribunalarında ingilis azarkeşlər fransız Marselyezini oxuyublar

Paris basqınının ardınca Almaniya-Hollandiya matçı ləğv edilib. Vəziyyətin həssaslığına baxmayaraq İngiltərə-Fransa matçı baş tutub.

Londonun Uembli stadionunda keçirilən İngiltərə-Fransa yoldaşlıq matçından əvvəl 90 minlik tribunalardakı ingilis azarkeşlər Fransanın dövlət himni Marselyezi oxuyublar.

Marselyezin fransızca sözlərini əzbərləməyi azarkeşlərdən İnfgiltərə Futbol Assosiasiyası rica etmişdi.

Oyunun başlanğıcında komandalar Paris terror basqınında həlak olmuş 129 nəfərin xatirəsini yad ediblər.

Bu matça tamaşa edənlərin arasında şahzadə William, baş nazir David Cameron və London meri Boris Johnson da var idi.

Matçdan əvvəl yayılan şayiələrə rəğmən İngiltərə Futbol Assosiasiyası oyunu təxirə salmamağı qərara alıb.

Bundan əvvəl Fransa Futbol Federasiyası matçın təxirə salınması barədə təklifi qəbul etməmişdi.

İngiltərə-Fransa matçını baş nazir Cameron da izləyib
İngiltərə-Fransa matçını baş nazir Cameron da izləyib

Uembli stadionunda güclü polis və təhlükəszilik tədbirləri görülmüşdü. Tribunalar boyunca yerləşdirilmiş polislər silahlı idilər.

İngiltərə millisinin baş məşqçisi Hodgson deyib ki, bu matçın “qlobal əhəmiyyəti olacaq”.

Müxbirlər yazırlar ki, bu matçda Paris qurbanları ilə doğmalıq bağları olan iki futbolçu da iştirak edib.

Marseille komandasının yarımmüdafiəçisi Lassana Diarra-nın dayısı qızı Paris basqınında həlak olub.

Atletico Madrid komandasının hücumçusu Antoine Griezmann-nın bacısı isə terror aktı baş verərkən Parisin Bataclan teatrında olsa da, basqından salamat çıxıb.

Hər iki oyunçu İngiltərə-Fransa matçına qatılmaq qərarı veriblər.

Matç 2-0 hesabı ilə İngiltərə yığmasının xeyrinə başa çatıb.

Merkelin tamaşa edəcəyi matç ləğv olunub

Eyni gündə Almaniya Hollandiyaya qarşı futbol matçını ləğv edib. Bu matça terrora məruz qalmış Parislə həmrəylik jesti olaraq kansler Angela Merkel də tamaşa etməli idi.

Polis çərşənbə axşamı Hanover şəhərində keçirilməli olan matçın təxirə salınmasının səbəbi barədə açıqlama verməyib.

Ləğv olunan matça kansler Merkel də tamaşa etməli idi
Ləğv olunan matça kansler Merkel də tamaşa etməli idi

Əvəzində Hanover polisi özünün Facebook səhifəsində tamaşaçıları “mümkün qədər tez və panikasız evlərinə getməyə” çağırıb.

Bundan əvvəl stadion polis mikroavtobusları ilə dövrələnmişdi və zabitlər tamaşaçılardan ərazidən çıxmağı rica edirdilər.

Bu arada pivə və sosis satan köşklər bağlanıb və tamaşaçılar tez bir zamanda stadionun tribunlarını tərk ediblər.

Almaniya televiziyasnın məlumatına görə, matçın ləğv edilməsinə səbəb, oyundan az əvvəl bir neçə bomba hədəsinin alınması olub.

Bu hədələrdən birincisinin uydurma olduğu aşkara çıxsa da, rəsmilər riskə getməməyi qərara alıblar.

Pulemyotlar stadionda

Xəbər verilir ki, matçdan əvvəl stadionda ciddi təhlükəsizilik tədbirləri görülmüşdü. Matça gələn jurnalistlərin üstü və çantaları itlərlə yoxlanırdı.

Stadionun bir çox nöqtələrində pulemyotlar quraşdırılmışdı.

Bu arada Almaniya polisi Belçika ilə həmsərhəd şəhərlərdən birində Paris basqınlarının 7 şübhəlisini saxlayıb.

Daxili işlər naziri Thomas de Maiziere deyib ki, Paris basqınlarına görə cavabdeh olan Abdeslam Salah həbs olunanların arasında yoxdur.

Paris basqınının şübhəliləri Abdeslam Salah (solda) və Abdelhamid Abaaoud hələ də axtarışdadırlar
Paris basqınının şübhəliləri Abdeslam Salah (solda) və Abdelhamid Abaaoud hələ də axtarışdadırlar

Almaniya mediası bildirir ki, bundan əvvəl şübhəli qismində saxlananların bir çoxu sərbəst buraxılıb.

Paris basqınından dərhal sonra Almaniyanın Futbol Assosiasiyası Fransa ilə həmrəylik jesti kimi Almaniya-Hollandiya yoldaşlıq görüşünün planlaşdırıldığı kimi çərşənbə axşamı keçirilməsi qərarını qəbul etmişdi.

Paris hücumu zamanı terrorçuların hədəflərindən biri də Almaniya-Fransa matçı olmuşdu.

Bu matça Fransa prezidenti Francois Hollande və Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier birlikdə tamaşa edirdilər.

XS
SM
MD
LG