Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Parisdəki terrorla bağlı 5 nəfər saxlandı


İllüstrasiya
İllüstrasiya

►Almaniyanın Aaxen şəhərində noyabrın 13-də Parisdə baş vermiş terror aktlarının törədilməsində şübhəli bilinən 5 nəfər saxlanıb.

Reutersin məlumatına görə, saxlananlardan azı 3-ü xaricidir.

Bundan əvvəl Axen şəhərinin yaxınlığındakı Alsdorf yaşayış məntəqəsində 3 şübhəlinin həbs edilməsi barədə məlumat yayılmışdı.

Həmçinin hazırda Fransanın özü və qonşu Belçikada reydlər davam etdirilir.

Parisdə baş vermiş terror aktları zamanı 129 nəfər həyatını itirib, 350 nəfərsə yaralanıb. Onlardan yüzə qədərinin ağır vəziyyətdə olduğu bildirilir.

“İslam dövləti” qruplaşması hücumlarla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Bundan əvvəl hücumlarla bağlı şübhəli qismində daha iki şəxsin Belçikada saxlanaraq terrorizmdə ittiham edildiyi barədə məlumat verilmişdi.

Noyabrın 16-da alman polisi bir Əlcəzair vətəndaşını həbs edib.

Onun Suriyadan olan dostlarına Parisdəki terror aktları barədə danışdığı bildirilir.

Fransanın özündə isə baş vermiş hücumlarla bağlı 20-dən çox adam həbs edilib.

XS
SM
MD
LG