Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:29

Almaniya mediası bu ölkədəki ‘erməni mafioz qruplaşmalardan’ yazır


İllüstrasiya
İllüstrasiya

Almaniyanın nüfuzlu Der Spiegel qəzeti və Mitteldeutscher Rundfunk ictimai teleradio şirkətinin birgə apardığı təhqiqata görə Almaniyanın federal polisi erməni mafiyası üzvlərinin aşkarlanması üçün üç il müddətində araşdırma aparıb. Media qurumlarının araşdırmasında deyilir ki, polis bu işdə hətta Ermənistanın Almaniyadakı səfiri Ashot Smbatian-dan şübhələnib.

AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytının yazdığına görə, bu da bildirlir ki, erməni mafioz qruplaşmalarının aşkarlanması üçün Almaniya polisində FATIL (fight against thieves in law – qanuni oğrularla mübarizə) kod adlı xüsusi əməliyyat hazırlanıb.

Qeyd olunur ki, tamamilə məxfi aparılan bu əməliyyatda Almaniya polisinə İspaniya, Belçika, İtaliya və Fransanın hüquq-mühafizə orqanları dəstək veriblər.

Təhqiqat zamanı aydın olub ki, erməni mafioz qruplaşmaları Almaniyada güclü şəbəkə yarada biliblər. Buna baxmayartaq dəlillərinin azlığlı şübhəlilərin həbs olunmasına uzun müddət imkan verməyib.

Almaniya jurnalistləri yazırlar ki, erməni cinayətkar qruplaşmaları polisin diqqətini 2014-cü ildən cəlb edib. Həmin il Türingiyanın paytaxtı Erfurt şəhərinin kazinosunda iki erməni qruplaşması arasında atışma olmuşdu.

Şahidlərin dediyinə görə atışanlar kazinoya bahalı avtomobillərdə gəlmişdilər. Bu hadisə zamanı 27 və 54 yaşlarında olan iki erməni yaralanmışdı.

Hazırda hüquq-mühafizə orqanları 42 şübhəliyə qarşı 14 cinayət işi qaldırıb. Kazino atışmasından sonra da sakitliyin yaranmadığı deyilir. Bundan sonra Almaniyada yaşayan ermənilərdən birinin restoranına hücum edilib.

Təhqiqat zamanı mətbuatda dərc olunan xəbərlərdə bir sıra nüfuzlu və tanınmış ermənilərin adları çəkilirdi. Bunların arasında məşhur erməni boksçular Artur Abraam və Karo Murat da vardı. Lakin polis onlara qarşı kifayət qədər dəlil toplaya bilməyib.

Media xəbərlərində deyilir kİ, polis erməni mafiyasının Rusiya-Avrasiya regionundan olan başqa qruplaşmalarla sıx bağlarının olduğunu aşkar edib.

Bu arada nüfuzlu Almaniya media qurumlarının yazdığına görə Ermənistanın Almaniyadakı səfiri Ashot Smbatian Türingiya polisinin rəhbəri ilə görüşərək erməni kriminal qruplaşmalarının aşkarlanması üçün Yerevan polisinin köməyini vəd edib. Bu da xəbər verilir ki, Almaniya polisi erməni diplomatla əməkdaşlıqdan imtina edib.

Der Spiegel yazır ki, polis mafioz qruplaşmaların Ermənistanın siyasi hakimiyyəti ilə çulğalaşdığı qənaətindədir.

Azatutyun yazır ki, bundan əvvəl, 2008-ci ildə hələ səfirliyin əməkdaşı olan Smbatian-dan beynəlxalq qaçaqmalçılıqda şübhələnirdilər.

Ötən həftə həm də əlavə olaraq Ermənistanın Lixtenşteyndəki səfiri təyin edilmiş Smbatian özünə qarşı bütün iddiaları rədd edir.

Almaniya ictimai televiziyasının erməni mafioz qruplaşmalar barədə çəkdiyi sənədli film noyabrın 6-da efirə verilməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG