Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

İrqçi şeir Almaniyanı qarışdırdı


AfD millətçi partiyası 22 yaşlı almanın xatirəsini yade dib (Foto arxivdəndir)
AfD millətçi partiyası 22 yaşlı almanın xatirəsini yade dib (Foto arxivdəndir)

Almaniyada keçirilən bir şeir yarışmasına ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından olan siyasətçinin qızı da qatılıb. Onun iştirakı ciddi ziddiyyətlərə yol açıb.

Cənub-qərbi Almaniyanın Şpeyer şəhərində keçirilən yarışmada Nicole Höchst-ün qızı, ondörd yaşlı Ida Marie Müller-in söylədiyi şeir 100 nəfərlik tamaşaçı auditoriyası qarşısında irqçi hesab edilərək hiddətlə qınanıb.

Şeirdə bir mühacirin bir nəfəri bıçaqlamasından və qanunsuz immiqrasiyadan söz açılırmış.

Qızın çıxışı qızğın alqışlarla qarşılansa da, tədbirin təşkilatçıları onu yarışdan çıxarıblar.

İmmiqrantlara qarşı çıxan ifrat sağçı AfD partiyası ilk dəfə Almaniya parlamentinə 2017-ci ildə daxil olub.

Partiya seçkilərdə səslərin 12.6%-ini toplamaqla parlamentdə 90 yerə yiyələnib. Bu həm də ölkənin son yarım əsrlik tarixində bir ifrat sağçı partiyanın parlamentdə yer qazandığı ilk haldır.

BBC “Junge Freiheit” qəzetinə istinadən yazır ki, Şpeyer Gənclər Şurasının təşkil etdiyi sözü gedən şeir yarışması yeniyetmələr üçün antiirqçi təşəbbüsün bir hissəsi imiş.

Başqa bir iştirakçı qalib elan olunanda izləyicilərdən bəziləri buna ucadan etiraz ediblər. Onun Müller-in mükafatlandırma mərasimində iştirakına imkan verilməyib. Sonradan şəhər meri, Xristian Demokrat partiyasından (CDU) olan Monika Kabs onu şeir yarışmasından AfD üçün platforma kimi istifadə etməkdə suçlayıb.

'Müqəddəs alman torpağı'

Uşağın anası sosial mediada qızına dəstək mesajları paylaşıb. Ancaq o, eyni zamanda öz evinin ətrafında AfD-yə qarşı şüarlar əks etdirən qraffitilərin şəkillərini paylaşıb.

"Müasir nasistlər başqa insanların evlərini murdarlayırlar”, – o yazıb.

Antinasist qraffitilər onun evinin divarına qızının şeir yarışmasında iştirakından sonra yazılıb. Höchst Twitter-də paylaşdığı şəkillərlə birlikdə həm də sual edib ki, bu qraffitilərin qızının şeir oxuması ilə eyni vaxta düşməsi “təsadüf”dürmü.

“Əziz Speyer şəhərinin rəhbərləri, “gənclərlə işinizlə” fəxr edirsinizmi?” – deyə o yazıb.

Ondörd yaşlı qızın oxuduğu şeirdə bunlar yazılmışdı:

"Uzaq ellərdə bir kişi insan qaçaqçılarının əlinə düşdü.

Əlində nə pasportu, nə də mobil telefonu vardı.

O bizim müqəddəs alman diyarımıza gəldi.

Özünə qadın tapa bilmədiyinə görə, bıçaqla bir qadına qonaq oldu”.

İlk vaxtlar avroya qarşı çıxırdı

Avqustda Almaniyanın şərqindəki Hemnits şəhəri yaxınlığında bir alman kişinin mühacir olduqları iddia edilən iki kişi tərəfindən öldürülməsindən bəri ölkədə gərginlik daha da artıb.

Onun ölümünün ardınca ifrat sağçı ekstremistlər nümayişlərə başlayıblar. Bu, Almaniyada ifrat sağçıların on illər ərzində keçirilən ən böyük etiraz aksiyası idi.

Ötən həftə Hemnitsdə ifrat sağçı silahlı dəstənin üzvü olmaqda suçlanan altı kişi həbs edilib. Silahlı dəstənin əcnəbilər, siyasətçilər və dövlət qulluqçularına hücumlar planlaşdırdığı deyilir.

Qeyd edək ki, AfD 2013-cü ildə yaradılıb. Yaranışının ilk illərində avroya qarşı çıxış edən partiya sonradan diqqətini immiqrasiya və islama yönəltməyə başlayıb.

Partiyadan olan millət vəkili Peter Boehringer bu ilin fevralında BBC-nin “Hard Talk” proqramına müsahibəsində AfD-nin irqçi partiya olmadığını deyib. O həmçinin bildirib ki, partiya tonunu dəyişərək daha peşəkar olmağa çalışmalıdır.

AfD parlamentdə təmsil olunan müxalifətin başında durduğundan həm də büdcə komitəsinə sədrlik edir. Ən iri müxalifət partiyası kimi o həm də hökumətin hər hansı bəyanatına ilk reaksiyanı vermək imkanına malikdir. Bu isə onun mesajlarını və milli platformasını ictimaiyyətə çatdırması deməkdir.

"AfD cəmiyyəti bölməyə çalışır. Bundestaqda çat var”, - bu ilin əvvəlində Almaniyanın gündəlik “Süddeutsche Zeitung” qəzeti xəbərdarlıq etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG