Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:20

AzadlıqRadiosu Türkmənistan xidmətinin daha bir əməkdaşı həbs edildi


Khudayberdy Allashov

AzadlıqRadiosu Türkmənistan xidmətinin daha bir əməkdaşı Khudayberdy Allashov dekabrın 3-də anası və həyat yoldaşı ilə birlikdə həbs olunub.

Onu çeynənilən tütün kimi tanınan “Nas” saxlamaqda ittiham edirlər və buna görə 7 ilədək azadlıqdan məhrum oluna bilər.

Anasının da hazırda həbsdə saxlandığı bildirilir.

Mekan Tyashliev imzası ilə tanınan Allashov, anası Kurbantac Arazmadobanın AzadlıqRadiosuna müsahibə verməsindən 3 gün sonra həbs olunub. O müsahibədə 23 ildir ki, pasport ala bilmədiyini deyib.

Təhlükəsizlik xidmətinin əməkdaşları bundan sonra onu çağıraraq sorğu-sual edib və o, ifadə verərkən oğlunun AzadlıqRadiosunun Türkmənistan xidmətinə işlədiyini deyib.

Radionun Türkmənistan xidmətində olan məlumata görə, jurnalistə elektroşok da daxil olmaqla həbsxanada işgəncə verirlər.

Həmçinin mənbə, jurnalistin həyat yoldaşı Rcesh Arazgılıcaevanın təqib olunduğunu və dekabrın 6-da polisə aparılaraq döyüldüyünü bildirir.

AzadlıqRadiosu/AzadAvropa radiolarının prezidenti Tomas Kent jurnalistin həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bəyan edib.

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic isə çərşənbə axşamı bəyanat yayaraq Türkmənistan hakimiyyətindən təcili jurnalistin azad olunmasını və təhlükəsizliyinin təmin edilməsini tələb edib.

Həmçinin “Sərhədsiz reportyorlar”, "Amnesty İnternational” hüquq-müdafiə təşkilatları jurnalistin təcili azad olunmasını tələb ediblər.

Bir qədər “Nas” barədə.

Orta Asiya respublikalarında olanlar “Nas”ın nə olduğunu yaxşı bilirlər. Onu hər adam çeynəməsə də çoxları, hətta yaşlı qadınlar da istifadə edirlər.

"Nas" dilin altına qoyulur və qoxusu itənədək sorulur. Zövqdən aslı olaraq quru və nəm formada olur.

“Nas” qonşu Özbəkistanda daha geniş yayılıb.

1980-90-cı illərdə bunun qadağan olması barədə heç vaxt heç nə deyilməyib, insanlar ictimai yerlərdə bundan sərbəst istifadə edib və onu istənilən bazardan almaq mümkün idi.

“Nas” ilk dəfə , çəkməyən adam üçün siqaretə bənzəyir və təsiri bir neçə dəqiqə olur.

Son illər Orta Asiya və Rusiyada satışı qadağan edilib.

XS
SM
MD
LG