Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 12:21

Şeyx Rusiyanı tərifləyir


Vladimir Putin (sağda) və Allahşükür Paşazadə, Arxiv
Vladimir Putin (sağda) və Allahşükür Paşazadə, Arxiv

►“Yaxın Şərqdə, ələlxüsus Suriya ətrafında hökm sürən xaosun aradan qaldırılmasında, beynəlxalq terrorizmlə mübarizədə Rusiyanın rolu əhəmiyyətlidir”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Çeçenistanın sabiq prezidenti Əhməd Kadırovun anadan olmasının 65 illiyinə həsr olunmuş beynəlxalq konfransda belə deyib.

Bu haqda QMİ-nin saytı xəbər verir.

A.Paşazadə öz çıxışında Dağlıq Qarabağ probleminin həllindən də danışıb.

“İki onillikdən artıq davam edən bu münaqişə ümumən Qafqazın inkişafına əngəldir”, deyən A.Paşazadə Rusiya prezidenti Vladimir Putinin sülhün əldə olunması istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirdiyini qeyd edib.

Buna da bax: İŞID uşaqları necə səfərbər edir

QMİ sədri dünyada cərəyan edən hadisələr fonunda din xadimlərinin zorakılıq hallarına, sülh və ədalətin pozulmasına qarşı daha artıq dərəcədə çıxış etməsinin zəruriliyini qeyd edib.

Konfransda Rusiya və Türkiyə arasında münasibətlər də əsas diqqət mərkəzində olub. Çıxış edən din xadimləri münasibətlərin normallaşmasından məmnun olduqlarını ifadə ediblər.

QMİ sədri avqustun 27-də Çeçenistana səfər edib.

O, iki günlük səfər zamanı Qroznı şəhərində keçirilən beynəlxalq konfransa qatılıb. QMİ-sədrini həmçinin, Çeçenistan prezidenti də qəbul edib.

Buna da bax: Türkiyə ABŞ-ın dəstəklədiyi kürd qrupları vurur (Video)

Türkiyə ordusu Suriyada kürd qrupları da vurur
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

XS
SM
MD
LG