Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 08:44

Allaha karikatura çəkmiş iordaniyalı xristian yazıçı öldürülüb


Əfqanıstanda Charlie Hebdo jurnalına etiraz edirlər
Əfqanıstanda Charlie Hebdo jurnalına etiraz edirlər

İordaniyalı yazıçı, xristian Nahed Hatta sentyabrın 25-də məhkəmə binasına girərkən öldürülüb.

Nahed Hatta dinə qarşı hörmətsizlik etmə ittihamı ilə məhkəməyə verilmişdi.

O, sosial mediada Allah və İslamın təhqir olunması kimi qəbul edilən karikatura yayandan sonra tənqidlərlə üzləşmişdi.

O, sosial mediada Allah və İslamın təhqir olunması kimi qəbul edilən karikatura yayandan sonra tənqidlərlə üzləşmişdi.

Reuters xəbər verir ki, Nahed Hatta Suriya prezidenti Bashar Assad-ın tərəfdarı olub.

Allah Səmada qadınların əhatəsində iri yataqda uzanan və Allahdan ona şərab gətirməsini istəyən saqqallı kişinin təsvir olunduğu karikaturanı yayandan sonra Nahed Hatta həbs olunmuşdu.

Mühafizəkar müsəlman iordaniyalıların çoxu karikaturanı dini dəyərlərə təhqir kimi qəbul edib. Hakimiyyət bildirib ki, Nahed Hatta karikaturanı yaymaqla qanunu pozub.

XS
SM
MD
LG