Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:33

Siyasi şərhçilər və vətəndaşlar İlham Əliyevdən nə gözləyirlər?


İlham Əliyev Qurana and içib, nə söz verdi?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

İlham Əliyev Qurana and içib, nə söz verdi?

Bu gün, aprelin 18-də, İlham Əliyev, prezident kimi 4-cü dəfə and içib.

O Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içdiyini b’yan edib/

Beləliklə, İlham Əliyev daha yeddi il ölkəyə rəhbərlik edəcək. Bu dönəmdə, ondan gözləntilər nədir?

Məsələn, Freedom House beynəlxalq insan haqları təşkilatı azı 10 ildir ki, Azərbaycanı insan haqları və azadlıqlarının durumuna görə qeyri-azad ölkələr kateqoriyasına salır, yerli tənqidçilər isə ölkənin avtoritar üsullarla idarə olunduğunu deyirlər.

Siyasi şərhçi Zərdüşt Əlizadə bildirir ki, bu dönəmdə İlham ƏIiyevin fərqli davranması üçün səbəb görmür:

“Nə dəyişib ki, son 15 ildə, mütamadi olaraq insan haqlarını pozan, cəmiyyəti əzən İlham Əliyev 86 faizlə dırnaqarası parlaq seçkidən sonra dönsün birdən-birə bu sahədəki siyasətini dəyişsin? Mən belə bir zəmin görmürəm”.

Şərq Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, Azərbaycan ətrafında geostrateji mənzərə dəyişir deyə, İlham Əliyevin ölkə daxilində siyasəti də dəyişə bilər.

Şərhçi bildirir ki, indi İsrail Azərbaycandan, ona ərazisindən İrana qarşı istifadə etməyi tələb edir, Rusiya isə əksinə, Azərbaycandan, İran-Türkiyə-Rusiya üçlüyünə sadiq qalmasını istəyir:

“Azərbaycanın geostrateji mənada gündəmə gəlməsi çox böyük təhlükələr yaradır. Ola bilsin ki, İlham Əliyev xarici təsirlərdən qorunmaq üçün daxili siyasətdə dəyişiklik etməyə məcbur olacaq. O bunu necə edəcək, bu artıq başqa sualdır. Ola bilsin ki, o, bunu daxilə nəzarəti bir qədər də gücləndirməklə etsin. Düşünəcək ki, onun xarici siyasətindən narazı qalanlar inqilab, üsyan və sair törətmək istəyəcəklər”.

Bəs İlham Əliyev özü gələcək fəaliyyəti ilə bağlı nə deyib?

Dövlət başçısı, andiçmədən sonrakı nitqində, 15 illik prezidentliyi dövründəki uğurlarından danışıb, bəzi iqtisadi vədlər də verib:

“Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kauzlariç deyir ki, bu seçkilərlə İlham Əliyevin beynəlxalq imici ləkələnib, bu ləkəni silmək üçünsə üç şeyi etmək lazımdır: “Birincisi, Ermənistanla ciddi danışıqlar aparmaq və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmaqdır. İkincisi, İlham Əliyev ciddi iqtisadi islahatlar haqqında danışmağı dayandırıb, iqtisadi islahatları həyata keçirməyə başlamalıdır. O, Azərbaycanı inkişafdan saxlayan, hakimiyyətin yuxarı eşelonundakı korrupsiyanın qarşısını almalıdır. Üçüncü məsələ isə bütün siyasi məhbusları azadlığa buraxmaq, söz azadlığını təmin etməkdir”.

Keçmiş səfirin fikrincə İlham Əliyev beynəlxalq standartlara uyğun gələn parlament seçkiləri keçirməli və Azərbaycan xalqına seçim verməlidir: “Amma mən, onun bunların hansınısa edəcəyini gözləmirəm”.

İlham Əliyev 15 ildir ki, Azərbaycana rəhbərlik edir. Aprelin 11-də keçirilən seçkidə o, 86 faiz səslə qalib elan olunub.

Beynəlxalq müşahidə missiyası ilkin rəyində seçkinin məhdud siyasi mühitdə, əsas hüquq və azadlıqların məhdudlaşdırıldığı hüquqi çərçivədə keçdiyini bildirib, ənənəvi müxalifət bu seçkini boykot edib və nəticələri tanımayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG