Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:19

Putin Əliyevə: 'Kompromis həllər tapıldığına görə Sizə təşəkkürümü bildirmək istəyirəm...'


İlham Əliyev (solda) və Vladimir Putin
İlham Əliyev (solda) və Vladimir Putin

Azərbaycan və Rusiya prezidentlərinin görüşü başlayıb

Kremlin internet saytında Putinlə Əliyev arasında dialoqdan bir hissə verilib.

Rusiya prezidenti iyilin 20-də keçirilən görüşün əvvəlində İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib.

Putin xatırladıb ki, gələn il Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur.

Daha sonra Rusiya lideri İlham Əliyevə bu görüşə gəldiyinə görə təşəkkürünü bildirib.

O deyib ki, iki ölkə arasında, xüsusilə də iqtisadiyyat sahəsində əməkdaşlıq sürətlə inkişaf edir:

“Biz yaxın vaxtlarda sizə geniş nümayəndə heyətimizi göndərməyi planlaşdırırıq. Onlar Bakıda bu məsələlərlə məşğul olacaqlar. Onlar müxtəlıif platformalarda müntəzəm görüşürlər. Bu müxtəlif istiqamətləri təmsil edən qarışıq qrup olacaq. Mən sənayeni, nəqliyyatı, infrastrukturu və digər məsələləri nəzərdə tuturam”.

“Kompromis yolu”

Putin habelə Moskva və Bakı arasında koronavirusa qarşı mübarizə sahəsində sıx əməkdaşlıq olduğunu deyib.

Rusiya prezidenti bildirib ki, hazırda onun ölkəsinin vaksinlərinin Azərbaycan ərazisində birgə istehsalı məsələsi üzərində iş gedir.

Vladimiur Putin bundan sonra regiondakı vəziyyətin tənzimlənməsindən danışıb:

“Bilirəm ki, siz bu məsələyə böyük diqqət və əhəmiyyət verirsiniz. Sizə kompromis həllər tapıldığına görə təşəkkürümü bildirmək istəyirəm. Bunlar (kompromislər – red) həmişə mürəkkəb məsələdir, amma əgər biz tənzimləmə istəyiriksə, bizsə bunu istəyirik, bu yolla getməliyik. Buvaxtadək buna nail olmaq mümkün olub. Buna görə sizə təşəkkürümü bildiriəm”.

Sputnik V və tranzit

İlham Əliyev öz növbəsində həmkarının irəli sürdüyü ikitərəfli gündəliklə razılaşdığını bildirib.

O deyib ki, iki ölkə arasında nəqliyyat-tranzit münasibətləri sahəsində əməkdaşlıq sürətlə inkişaf etdirilir.

Əliyev əlavə edib ki, onda olan məlumata görə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bu il ötənilkindən 20 faiz artıq daşınma olub.

Azərbaycan prezidenti habelə rusiyalı həmkarına koronavirusla mübarizədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

O deyib ki, indiyədək Rusiyadan 200 min doza Sputnik V vaksini alınıb və vaksinin ölkəyə gətirilməsi davam edəcək:

“Mən bilirəm ki, iddialı çoxdur, çünki bu vaksin effektivliyini isbat edib. Və əlbəttə yəqin ki, hamını təmin etmək çətindir, amma dost və partnyor kimi minnətdarlığımı bildirirəm ki, biz bu vaksini ilk alanların sırasındayıq”.

Rusiyaya bağlı gənclərin böyük dəstəsi

İlham Əliyev bundan sonra Azərbaycanda rusca təhsil məsələsi barədə danışıb:

“Bunu bildirmək istərdim ki, bu il Seçenov adına Dövlət Tibb Universitetinin ilk buraxılışı olub. Bu əlamətdar hadisədir. Vaxt sürətlə gedir. Bizdə iki filialda - MDU və Seçenovda mindən çox tələbə təhsil alır. Risiyada təhsil alan Azərbaycan tələbələrinin sayı 15 mindən çoxdur, 16 min tələbə isə Azərbaycanda rus dili sektorunda təhsil alır. Baxın, Rusiya ilə dil, ünsiyyət və təhsil bağlılığı olan Azərbaycan gənclərinin böyük bir dəstəsi var...”

Kremlin saytında dərc olunmuş məlumata görə Əliyev regionda münaqişədən sonrakı vəziyyətə də toxunub və bu məsələdə şəxsi marağına görə Putinə təşəkkürünü bildirib:

“Döyüş əməliyyatları bitəndən sonra keçən 8 ayda düşünürəm ki, bizim yanvar ayında burada Moskvada görüşümüz, telefonla şəxsi təmaslarımız vəziyyətin stabilləşməsində çox mühüm rol oynayıb. Biz qətiyyətli şəkildə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərlə bu, mümkün olacaq”.

***

Bugün, iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə səfər edib.

Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayiblar.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

XS
SM
MD
LG