Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:48

İlham Əliyev və Nikol Pashinian Davosda görüşüblər (VIDEO)


Nikol Pashinian (solda) və İlham Əliyev Davosda qeyri-rəsmi görüş keçiriblər
Nikol Pashinian (solda) və İlham Əliyev Davosda qeyri-rəsmi görüş keçiriblər

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pashinian Davosda qeyri-rəsmi görüş keçirib.

Bu barədə N. Pashinian özünün Facebook səhifəsində yazıb.

“Biz danışıqlar prosesində hazırkı vəziyyət və sonrakı müzakirələr barədə fikir mübadiləsi etdik. Söhbət saat yarımadək çəkdi”.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Pashinian İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edirlər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Bu il yanvarın 16-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zohrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilmişdi.

Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirirdi ki, 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı, çox müsbət fikir mübadiləsi aparılıb.

Eyni zamanda vurğulanırdı ki, danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yolları müzakirə edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG