Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:56

İlham Əliyev: ‘Naxçıvanda qazlaşdırma 100 faiz təmin edilib’


İlham Əliyev mayın 16-da Naxçıvana gəlib
İlham Əliyev mayın 16-da Naxçıvana gəlib

“Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıb. Bu, məncə, dünya miqyasında rekord göstəricidir”.

Mayın 16-da muxtar respublikaya səfər edən prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında çıxış edərkən belə deyib.

Prezident Naxçıvanın abadlaşmasından, gözəlləşməsindən, çox böyük quruculuq, yaşıllaşdırma işlərinın aparılmasından bəhs edib. O, qeyd edib ki, Naxçıvan strateji əhəmiyyətlidir, Azərbaycanın təhlükəsizliyində, inkişafında xüsusi rol oynayır.

Naxçıvanın uğurlu inkişafının keçmiş prezident, atası Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğalayan İlham Əliyev bildirib ki, o, 1990-cı illərin əvvəllərində Naxçıvanı böyük bəlalardan qurtara bilib.

Prezident həmçinin deyib ki, Naxçıvanın təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır.

“Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan ordusu ən müasir silahlar, texnika ilə təchiz edilib. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir.”

Prezident infrastruktur layihələri haqqında da danışıb. O vurğulayıb ki, Naxçıvanda qazlaşdırma 100 faiz təmin edilib.

“Biz hələ Azərbaycanın ümumi qazlaşdırılmasını təqribən 93-94 faiz səviyyəsində təmin edə bilmişik, bu ilin sonuna qədər 95 faizə çatacaq. Ancaq Naxçıvanda artıq on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilib”

Xatırlatma

Prezident İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

O Naxçıvanda bir sıra obyektlərin açılışında iştirak edib.

Ölkə başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin, Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin, 6 saylı tam orta məktəbin və Müəllimlər İnstitutunun yeni binasının açılışına qatılıb.

XS
SM
MD
LG