Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Prezident NATO komandanı ilə görüşüb


NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Curtis Scaparrotti
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Curtis Scaparrotti

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 11-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Curtis Scaparrotti-nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda AZƏRTAC xəbər verir.

İlham Əliyev görüşdə Azərbaycanın NATO ilə tərəfdaşlığının tarixindən danışıb, bu qurumun mənzil-qərargahına etdiyi səfərləri, onların müsbət xarakter daşımasını vurğulayıb.

İlham Əliyev NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında Azərbaycanın fəal iştirak etdiyini, Azərbaycan kontingentinin artırıldığını (hərbçilərin satyı 90-dan 120-ə çatdırılıb) və əməliyyatlarda iştirak edən dövlətlərə zəruri nəqliyyat, logistik dəstək göstərildiyini qeyd edib.

Bakıda NATO-Rusiya formatında növbəti görüş olcaq

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Curtis Scaparrotti rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyinə və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyi etdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.

O, Bakının NATO-Rusiya formatında görüşün keçirilməsindən ötrü tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd edib.

Xatırlatma

NATO və Rusiyanın hərbi liderləri bundan əvvəl də Bakıda bir araya gəliblər. NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov keçən il sentyabrın 7-si Bakıda görüşmüşdülər.

Həmin görüşdə Avropa və Yaxın Şərqdə təhlükəsizlik məsələləri müzakirə olunmuş, tərəflər əlaqələridavam etdirməyə qərar vermişdilər.

Ondan əvvəl isə ABŞ və Rusiyanın hərbi liderləri Bakıda bir araya gəlmişdilər. Ötən il fevralın 16-da Bakıda Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi, general Joseph Dunford və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü keçirilmişdi.

1994-cü ildən başlayaraq Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

XS
SM
MD
LG