Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Prezident Rusiyanın daxili işlər nazirini qəbul edib


Vladimir Kolokoltsev
Vladimir Kolokoltsev

“Azərbaycan ilə Rusiya dost ölkələrdir. İki ölkə bütün istiqamətlərdə fəal əməkdaşlıq həyata keçirir”.

Ölkə başçısının rəsmi internet səhifəsinin məlumatına görə, bu fikri bu gün, oktyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edərkən bildirib.

İlham Əliyev iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olmasından, çox səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Vladimir Kolokoltsev da iki ölkə arasındakı ikitərəfli münasibətlərə toxunub, dövlət başçıları arasında son bir ildə 5 görüşün keçirilməsini xatırladıb. O, deyib ki, bu görüşlər münasibətlərin inkişaf strategiyasının bundan sonra da möhkəmləndirilməsinin vacib olduğunu göstərir.

Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı bildirilir.

XS
SM
MD
LG