Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:57

Erdoğandan İham Əliyevə dəvət


Recep Tayyip Erdogan və İlham Əliyev (Arxiv)

Dekabrın 9-da Türkiyə prezidenti Receb Tayyib Erdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

President.az saytının xəbərinə görə,Erdoğan İlham Əliyevi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət etdib.

Prezident İ.Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Dövlət başçıları ABŞ Prezidenti Donald Trumpın Qüdslə bağlı qərarını çox yanlış hesab ediblər vəbunun Yaxın Şərqdə təhlükəli fəsadlara səbəb ola biləcəyini deyiblər.

Dekabrın 6-daABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Bununla bağlı hələ Bill Klinton ABŞ prezidenti olarkən qanun imzalansa da, bunun icrası təhlükəsizlik baxımından ertələnirdi.

Bu qərar Fələstində yəhudi-ərəb qarşıdurmasına və bəzi islam ölkələrindənarazılığa səbəb olub.

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.

Buna da bax: Trump-ın Yerusəlim qərarı bütün dünyada tənqid olunur

Xatırlatma

İsrail-Fələstin problemi 1948-ci ildən başlamaqla müasir dünyanın ən «uzunömürlü» münaqişələrindən biri sayılır. Bu münaqişə bir neçə dönəmlərdə müharibə ilə müşahidə edilib. Qüds şəhərinə hər iki tərəf iddia edir. Hazırda şəhər İsrailin nəzarətindədir.

BMT Təhlükəsizlik Şurası bu münaqişənin həlli məqsədilə çoxsaylı qətnamələr qəbul etsə də, tərəflər onlara əməl etməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG