Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

İlham Əliyev Biləsuvarda


Bu gün, sentyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonuna səfər edib.

Keçmiş prezident Heydər Əliyevin Biləsuvar rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edən ölkə başçısına rayon rəhbərliyi icra olunan yerli layihələr barədə məlumat verib.

Prezidentin rəsmi internet səhifəsinin məlumatına görə, İlham Əliyev daha sonra Biləsuvar rayonunun 4 kəndini birləşdirən avtomobil yolunun açılışına qatılıb. Ölkə başçısına Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu layihəsinin texniki göstəriciləri barədə məlumat verilib.

Sözügedən yol prezidentin yanvarda imzaladığı sərəncam əsasında inşa olunub. İlham Əliyevin açılış zamanı yerli sakinlərlə görüşdüyü bildirilir.

Prezident daha sonra Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib.

O, səfərinin sonunda Biləsuvar Gənclər Evinin də açılışına qatılıb.

Xatırlatma

Prezident İlham Əliyev bu gün, sentyabrın 18-də cənub bölgəsinə səfər edib.

Ölkə başçısı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışını edib.

Ardınca Masallıya gedən prezident bu rayondakı Sənaye Məhəlləsinin, “Masallı - Nemətləri” MMC-nin çəltik emalı müəssisəsinin açılışına qatılıb.

XS
SM
MD
LG