Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Əliyev Berdymukhammedov-a ‘tranzit imkanları’ təklif edir


Prezidentlər İlham Əliyev (sağda) və Gurbanguly Mukhammedov
Prezidentlər İlham Əliyev (sağda) və Gurbanguly Mukhammedov

“Bizim prinsiplərimiz şübhəsiz ki, oxşardır və ya üst-üstə düşür. Yəni, biz həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına tərəfdarıq”.

AZƏRTAC-ın xəbərinə görə, bu fikri, noyabrın 22-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib. O, Azərbaycan prezidenti ilə geniş tərkibdə görüşdən sonra çıxış edb.

Berdiməhəmmədov iki ölkənin bütün məkanlarda, BMT və ATƏT kimi nüfuzlu qurumlarda, beynəlxalq təşkilatlarda bir-birini qarşılıqlı surətdə dəstəklədiyini vurğulayıb.

Prezident iki ölkə arasındakı iqtisadi əlaqələrə toxunub. Deyib ki, bu ilin 9 ayı ərzində əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb, kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyllər yaranıb.

Türkmənistan prezidenti tranzit nəqliyyat dəhlizlərinin inkişafı məsələlərindən də bəhs edib.

Azərbaycan prezidenti İlham Əliyev də çıxışında Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb, iqtisadi əməkdaşlıq sahəsindən danışıb:

“Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması məsələsində çox iş görmək olar. Əmtəə dövriyyəsi artsa da, fikrimcə, hələlik ölkələrimizin potensialını tam əks etdirmir. Düşünürəm ki, nümayəndə heyətinin üzvləri Türkmənistan mallarının Azərbaycana, Azərbaycan mallarının isə Türkmənistana ixracını necə artıra biləcəyimizi konkret müzakirə etmək imkanına malik olacaqlar.”

İlham Əliyev habelə vurğulayıb ki, Azərbaycan Türkmənistanın enerji ehtiyatlarından ötrü tranzit imkanlar təqdim edir.

“Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir”, deyən prezident nəqliyyat sahəsində əməkdaşlığın inkişafının vacibliyini ifadə edib.

Xatırlatma

Prezident İlham Əliyev dünən, noyabrın 21-də Türkmənistana səfər etmişdi.

Səfər çərçivəsində iki ölkə arasında 21 sənəd imzalanıb. Sənədlər, vergi, sənaye, nəqliyyat, ticarət, sahibkarlıq, rabitə, elm, təhsil, mədəniyyət və başqa sahələri əhatə edib.

Əliyevin Türkmənistan səfəri bu gün, noyabrın 22-də başa çatıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG