Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:25

Alimlər varlığın bir xəyal olmasından şübhələnirlər


Scientific American” jurnalının yeni sensasiyalı məqaləsi Kainatdakı fundamental reallıq – onu təşkil edən kvarklar, sahələri və kvant fenomeni haqdadır.

Məqalənin müəllifi, alim və filosof Bernardo Kastrup yazır ki, bəzi alimlər maddənin özünün illüziya, yeganə reallığın informasiya olmasından şübhələnirlər.

İNFORMASIYA SAHƏSI

Əsas ideya ondan ibarətdir ki, fiziki kainat biz onu qavradığımıza görə mövcuddur. Bu, bir növ kütləvi hallüsinasiyadır. Eynilə bizim cismlər arasındakı riyazi əlaqələri anlayan zaman istifadə etdiyimiz hallüsinasiya kimi.

Kastrup iddia edir ki, bu ideya hələlik qeyri-adi görünsə də, öz yerini möhkəmləndirməkdədir.

“Bəzi fiziklərə görə, bizim “maddə” adlandırdığımız nəsnə öz bərkliyi və konkretliyi ilə birlikdə illüziyadır və yalnız onların nəzəriyyələrdə qurduğu riyazi aparat həqiqətən realdır. Bu aparatın təsvir etməli olduğu qavranılan dünya isə real deyil”, – Kastrup yazır.

“İnformasiya realizminin” heyrətamiz təsirləri var. Fizik Max Tegmark 2014-cü ildə yazdığı “Bizim riyazi Kainat” (Our Mathematical Universe) adlı kitabında çox cəsarətli iddia irəli sürür: “proton, atom, molekul, hüceyrə və ulduzlar” artıq “baqajdır”. Maddənin özü yox, yalnız maddənin davranışını izah etmək üçün istifadə edilən riyazi aparat real ola bilər. Tegmark-a görə, Kainat “baqajdan asılı olmadan (yəni maddə olmadan) izah edilə bilən”, “öz aralarında münasibətdə olan abstrakt varlıqların toplusudur”. O, mövcudluğun yalnız izaha bağlı olduğunu iddia edir.

İnformasiya realizmi adlı bu abstrakt məfhum mahiyyətcə fəlsəfi olsa da, lap başlanğıcdan fizika ilə bağlıdır. İnformasiya realizminin rəqəmsal fizikanın populyar fəlsəfi özülünü təşkil etdiyi də çoxdan bəllidir. Bu assosiasiyanın motivasiyasını anlamaq çətin deyil.

Doğrudan da, yunan atomistlərinə görə, biz cismləri daim daha xırda hissələrə bölməyə davam etsək, son nəticədə atom adlı bərk, gözlə görünməyən hissəciklər qalacaq.

Onların xüsusi formaya malik olacaq qədər bərk olduğu təsəvvür edilir. Ancaq fizika haqda anlayışımız inkişaf etdikcə, biz atomların özlərinin də daha kiçik hissələrə parçalandığını anladıq. Bu hissəciklər də öz növbəsində daha kiçik hissələrə parçalanır. Ta ortada forma və bərkliyi olmayan nəsnə qalana qədər.

Fiziki reduksiya zəncirinin ən aşağısında yalnız “enerji” və “sahələr” adlandırdığımız zəif, illüziv nəsnələr qalır. Bunlar təbiəti izah etmək üçün abstrakt konseptual alətlərdir və özlərinin də real, konkret mahiyyəti yoxdur.

İNFORMASİYA NƏYƏ AİDDİR?

İnformasiya realistlərinə görə, maddə informasiyanın emalından doğur, əksinə deyil. Hətta təfəkkür – psixika, ruh belə tamamilə abstrakt informasiya manipulyasiyasının törəmə fenomenidir. Ancaq bu vəziyyətdə “informasiya” deyərkən məhz nə nəzərdə tutulur?

İnformasiyanın əsas olduğunu və bu səbəbdən düşüncə və maddədən ayrı mövcud ola bildiyini dildə ifadə etmək bir şeydir, bunun nə demək olduğunu dəqiq və aydın anlamaqsa tamamilə başqa şeydir. Biz Lewis Carroll kimi Çeşir pişiyinin qeyb olmasından sonra təbəssümünün qaldığını yaza bilərik. Ancaq bunun nə demək olduğunu dəqiq və aydın anlamaq tamamilə başqa şeydir.

Claude Shannon 1948-ci ildə belə qənaətə gəlib ki, bizim informasiya konseptini intuitiv dərkimiz müstəqil mövcud olan sistemin müxtəlif hallarının sayının ölçüsüdür. Məhz bu səbəbdən informasiya üzərində durduğu substratın özünə yox, onun mümkün konfiqurasiyalarına aiddir.

İnformasiyanın özü-özünə mövcud olduğunu demək dalğaların su olmadan, rəqsin rəqqas olmadan, Çeşir pişiyinin təbəssümünün pişiyin özü olmadan mövcudluğunu demək kimidir. Bu, mənası fantaziyadan da az olan söz oyunudur. Çünki insanın təfəkküründə mövcud olan fantaziyanın fantaziya olması heç olmasa aydın və dərindən dərk edilə bilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG