Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:13

Rusiya alimləri də repressiyalara etiraz edirlər


Moskva etirazlarından biri
Moskva etirazlarından biri

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, 1 iyul klubu kimi tanınan qrupa daxil və Rusiya Elmlər Akademiyasının üzvü olan 50-dən çox alim və professor sentyabrın 23-də “repressiyaların və ədalətsiz mühakimələrin yolverilməzliyinə” dair bəyanat yayıb.

Klubun saytında dərc olunmuş bəyanatda deyilir ki, etiraz aksiyaları iştirakçılarının cinayət təqibi yeni fazasına daxil olub və bu fazada “ölkə üzrə bütün məhkəmələr dinc nümayiş iştirakçılarını, hətta təsadüfən yoldan ötənləri cəzalandırır və məhkum edilənlərin günahsızlığını göstərən sübutları qətiyyən nəzərə almır”.

Bəyanat müəlliflərinin fikrincə istintaq və məhkəmələr obyektivlik və sübutların həqiqiliyi prinsipinə etinazsızlıq nümayiş etdirir.

Bəyanatda “hakimiyyətin bütün qolları” “Moskva işi” və başqa siyasi işlər üzrə məhkum edilənlərin işinə yenidən baxılmasına, bütün saxlananların azad edilməsinə və repressiyaların təşəbbüskarları və icra edənlərinin cəzalandırılmasına çağırılır.

“Moskva işi” kimi tanınan cinayət işi Moskvanın mərkəzindıə iyulun 27-də keçirilmiş aksiyanın iştirakçılarına qarşı açılıb.

Bu cinayət işində etiraz aksiyaları “kütləvi iğtişaşlar” kimi təfsir edilib.

Lakin sentyabrın 23-də məlum olub ki, hüquq-mühafizə orqanları “kütləvi iğtişaşlara”dair istintaq fəaliyyətlərini bərpa edib.

Bundan əvvəl bu iş üzrə açılmış cinayət işləri hakimiyyət nümayəndələrinə qarşı zor işlədilməsini ehtiva edən maddəyə keçirilmişdi. Amma indi güc strukturları bütün etiraz edənlərin əməllərinin bir cinayət işində birləşdirilməsi və “iğtişaş təşkilatçılarının” aşkarlanması ideyasına qayıdıb.

27 iyul hadisələri ilə əlaqədar 5 nəfər məhkum olunub.

Daha iki nəfər - Konstantin Kotov və Vladislav Sinitsin başqa maddələr, həm də “Moskva işi” ilə bağlı məhkum ediliblər.

3, 5 il azadlqıdan məhrum edilmiş Pavel Ustinov ötən həftə ictimaiyyətin təzyiqi ilə təcridxanadan buraxılıb.

Bu həftə məhkəmə bu hökmlə bağlı apellyasiya şikayətinə baxacaq.

Daha bir neçə şübhəli təcridxanada saxlanır və ya ev dustağıdır.

Sentyabrın 23-də istintaq Yegor Zhukov, Aleksey Menyalo və Samariddin Radjabov-a qarşı həbs qətimkan tədbirinin uzadlılması üçün vəsatət verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG