Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

ABŞ rəsmisi Azərbaycana gəlir


 Alice Wells, may 2009
Alice Wells, may 2009

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alice Wells-in bu gün, iyunun 27-də Azərbaycana gələcəyi bildirilir.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat yayılıb.
Verilən məlumata görə, Alice Wells səfər iyunun 29-na kimi davam edəcək. O, iyunun 28-də Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun (BTQ) toplantısında iştirak etməlidir.
Alice Wells eyni zamanda Azərbaycan rəsmiləri və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli nümayəndələri ilə də görüşməlidir.
Xatırlatma

İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək.

Bakı toplantısında Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı da gözlənilir.

Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib. Azərbaycan daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsindən ötrü müzakirələrin aparılmasına xidmət edən platformadır.

XS
SM
MD
LG